AÇIQ DƏRS

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 fevral 2021-ci il tarixdə "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamına əsasən Azərbaycan Respublikası təhsil nazirinin 26.07.2021-ci il tarixli F-372 nömrəli əmrinə əsasən təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi " ilə bağlı Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 8 "Ç" sinif şagirdlərinin iştirakı ilə açıq dərs keçirildi.Dərsdə təşkilati işlər üzrə direktor müavini İlahə Abudllazadə iştirak edirdi. Şagirdlərə Aşıq Ələsgər barədə slaydlar təqdim edilərək onlara böyük el sənətkarının həyatı və yaradıcılığı haqqında geniş məlumat verildi. Daha sonra mövzuya uyğun olaraq kiçik qruplar iş təşkil olundu.Açıq dərsin sonunda şagirdlər Dədə Ələsgər yaradıcılığından seçdikləri şeirləri səsləndirdilər, rəmslər nümayiş olundu və sənətkar haqqında fikirlərini qeyd etdilər.

Müəllim:

Nərminə Məmmədova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi