"Dünənin məzunu ,bu günün qəhrəmanı"

12.01.2022-ci il tarixdə Sabunçu rayon Gənclər və İdman İdarəsinin başlatdığı "Dünənin məzunu ,bu günün qəhrəmanı" lahiyəsi çərçivəsində Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini İlahə Abdullazadə və məktəbin Fiziki tərbiyə müəllimi Narxanım Ağarzayevanın təşkilatçılığı ilə həmin məktəbin məzunu olmuş şəhid Bağırov Elçinin xatirəsinə həsr olunmuş "mütəhərrik oyunlar" üzrə yarış keçirildi.Tədbirdə Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəsmi nümayəndələri, məktəbin direktoru Xədicə xanım Babayev ,şəhid Bağırov Elçinin ailə üzvləri iştirak etdilər.Tədbirin sonunda qaliblər Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi