“Heydər Əliyev irsinin öyrənilməsi”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərslər davam edir.
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti dərslər Sabunçu rayonu üzrə 74, 128, 188 və 307 nömrəli mərkəzlərdə keçirildi.
Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli məktəbin şagirdləri 188 nömrəli tam orta məktəbdə keçirilən dərslərdə iştirak etdilər.
Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.