Allah bütün şəhidlərimizə rəhmət etsin !

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin
2 "Ç" sinif şagirdlərinin iştirakı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli əmrinə əsasən "Vətən müharibəsi şəhidlərinin anım günlərinin keçirilməsi" mövzununa uyğun olaraq ŞƏHİD NURLAN AĞAKİŞİYEVİN anası Pərvanə xanım Ağakişiyeva ilə görüş keçirildi. Görüşdə məktəbin direktoru Xədicə xanım Babayeva və direktor müavinləri iştirak edirdilər.
Pərvanə xanım şəhidimiz haqqında şagirdlərə geniş məlumat verdi. İgid döyüşçümüzün Vətən sevgisindən və göstərdiyi şücaətlər barəsində söhbət apardı. Məktəbin direktoru Xədicə xanım Babayeva şəhidimizə Allahdan rəhmət dilədi, şəhid Nurlan Ağakişiyev haqqında xatirələrini bölüşdü.
Sonda şagirdlərin şeirləri dinlənildi. Şəhidimizin anasına sinif adından "Qurani-Kərim" kitabı və Azərbaycan bayrağı təqdim olundu.
Qeyd edək ki, şəhid Nurlan Ağakişiyev Ağdam rayonu istiqamətində qəhrəmancasına şəhid olmuşdur.
Cənab Prezident İlham Əliyev tərəfindən "Ağdamın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət etsin !
Sinif rəhbəri:
Gülnar Məmmədova