"ZƏFƏR BAYRAĞI"

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini İlahə Abdullazadənin və məktəbin tarix müəllimi Şahnaz Quliyevanın təşkilatçılığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli əmrinə əsasən "Zəfər Gününə həsr olunmuş intellektual yarışların keçirilməsi" mövzusuna uyğun olaraq "ZƏFƏR BAYRAĞI" adlı yarışın final mərhələsi keçirildi.
Xarıbülbül və Murov komandalarının iştirak etdiyi final turunda Xarıbülbül komandası qalib gəldi.
Sonda hər iki komanda məktəbin direktoru Xədicə xanım Babayeva tərəfindən diplomla təltif olundu.
Uğurlar arzu edirik !