"Qəhrəmanlarımız bədii əsər və kinofilmlərdə"

Məktəbimizin kitabxanaçılarının təşkilatçılığı , Azərbaycan dili və ədəbiyyat müəllimi Mirzəyeva Şəntürkün rəhbərliyi ilə keçirilən
"Qəhrəmanlarımız bədii əsər və kinofilmlərdə" adlı seminarda VI sinif şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Ş.Mirzəyeva "Ən çox sevdiyim bədii"qəhrəman mövzusunda diskussiya apardı. Bundan əlavə şagirdlər kinofilmlərdən və bədii əsərlərdən tanıdıqları qəhrəmanların uşaqlıqdan bəri onların sevimlisinə çevrildiyini, qəhrəmanların nümunəvi addımlarının onların gələcək həyatlarına müsbət təsir etdiyini bildirdilər.
Sonda kitabxana müdiri Hacıyeva Mətanət şagirdlərə asudə vaxlarında mütaliə etmək üçün kitablar təklif etdi.
Şagidlər oxuduğu bədii kitablardan bir çoxunu kitabxanaya hədiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi