Məktəbdə son zəng tədbiri keçirildi

            İyunun 14də bütün məktəblərdə ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların  yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər.

Bu məqsədlə məktəbimizdə Son zəng” tədbiri keçirildi. “Son zəng” tədbiri dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbiri məktəbin direktoru Jalə xanım Hacıyeva açaraq şagirdləri təbrik edib, onlara vətənə və cəmiyyətə layiqli övlad olmalarını arzuladı. Həmçinin tədbirdə qonaq qismində Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini Tağıyev Anar və  BŞTİ-nin məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun mütəxəssisi Xəyalə Rüstəmova iştirak etdilər. Məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılandı.Tədbirdə  müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.Sonda 11-cilərin son zəngi çalındı, məktəbin simvolik bilik açarı birincilərə təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi