“Molla Nəsrəddin”yurnalının çapdan çıxmasının 118 illiyi ilə əlaqədar tədbir keçirildi.

   "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində 06.04.2024-cü il tarixində Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin ev -muzeyində “Molla Nəsrəddin”yurnalının çapdan çıxmasının 118 illiyi ilə əlaqədar tədbir keçirildi.Tədbirin keçirilməsində məqsəd Türk xalqları üçün müdruklik simvolu olan Molla Nəsrəddin şəxsiyyətinin irsinin öyrənilməsi ,lətifələrinin yaşadılması ,nəsillərdən nəsillərə ötürülməsidir.

Tədbirdə Mərkəzin kütləvi- işlər üzrə şöbə müdiri Gülnarə Əliyeva çıxış edərək

Azərbaycanın ədəbiyyat tarixində əvəzsiz xidmətləri olan görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığından, onun təşəbbüsü ilə dərc edilən “Molla Nəsrəddin” jurnalının tarixindən ,milli mətbuatımızın inkişafında rolundan danışıb.

111 nömrəli məktəbin nəzdində fəaliyyət göstərən “Ana-dilində”ünsiyyət dərnəyinin üzvlərinin ifasında Molla Nəsrəddinin lətifələri iştirakçılarda təbəssüm hissi yaratdı.Daha sonra dərnək üzvləri felyetonlar,satirik şeirlərlə çıxış etdilər.Tədbirin sonunda uşaqlar Cəlil Məmmədquluzadənin ev muzeyinə ekskursiya edərək,yazıçının əsərləri,onun özünə,ailəsinə məxsus şəxsi, məişət əşyaları, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri,ilə tanış oldular.Muzeyin bələdçisi yazıçının həyat və yaradıcılığı barədə dərnək üzvlərini ətraflı məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi