“Sağlam həyat tərzi”mövzusu çərçivəsində təqdimat

14 dekabr 2017-ci ildə məktəbin fəaliyyət planına əsasən “Sağlam həyat tərzi”mövzusu çərçivəsində həyat bilgisi dərsində “Dişlərimizə düzgün qulluq edək”  adlı təqdimat keçirildi. Dərsdə valideyn,həkim stomatoloq Əliyev Bəxtiyar iştirak etdi. İlk öncə Bəxtiyar həkim şagirdlərə sağlam həyat tərzi,insan orqanizmi üçün vacib amil olan qidalanma və dişlərin qorunması ilə bağlı dəyərli məsləhətlər verdi. Sonra isə dişin müayinəsi,qulluğu və eyni zamanda dişlərin müalicəsi üçün istifadə olunan həkim alətləri ilə uşaqları tanış etdi. Çox böyük maraqla həkimi izləyən uşaqlar bu görüşdə dəyərli və maraqlı məlumatlar əldə etdilər. Bəxtiyar həkim uşaqların fəallığını,verilən sualllara cavablarını və öz həyat tərzlərindəki macəralarını çox maraqla dinləndi.                                                                                                                                                                                                               Sonda uşaqların bir çoxu diş həkimi olacaqlarını bildirdilər. Uşaqlara bildirildi ki,hər hansı bir ixtisasa yiyələnmək,sağlam şəxsiyyət kimi yetişmək üçün sağlam həyat tərzi vacib amildir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi