VI”a” sinif şagirdləri ”Hamının  günəşi” əsərinin təhlilini təqdim etdilər

          12 dekabr 2017-ci ildə VI”a” sinfinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir  keçirildi.Tədbirin keçirilməsində əsas məqsəd müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nifuzlu rəhbər kimi Azərbaycanın çağdaş tarixində tutduğu yeri çatdırmaq idi. Tədbir zamanı şagirdlərin iştirakı ilə şeirlər söyləndi,H.Əliyevin müdrik kəlamları xatırlandı.Eyni zamanda Ulu öndərin xatirəsinə həsr edilmiş Məhəmməd Namazın”Hamının  günəşi” əsəri təhlil olundu.Şagirdlər çıxışlarında Heydər Əliyevin xalqımızın sabahına,gənc nəslə qayğısından,uşaqlar arasında fərqli həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin  diqqətini  respublikamıza yönəltməsindən,hər bir uşağın şəxsiyyət kimi formalaşması üçün demokratik dövlətin milli təhsil sisteminə olan münasibətindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi