"Heydər Əliyev və Elm" layihəsi çərçivəsində görüş.

8 dekabr tarixində “Heydər Əliyev və Elm” layihəsi çərçivəsində “Kimya-texnologiya”,”Əyləncəli fizika”,”Gənc riyaziyyatçılar” dərnəyinin üzvlərinin iştirakı ilə Kataliz və Qeyri-üzvü Kimya Institutunun laboratoriyalarına ekskursiya təşkil olunmuşdur. Akademik Murtuza Nagıyev muzeyində laboratoriya müdiri uşaqlara akademikin həyatından, gördüyü işlərdən danışdı.

Kimya üzrə fəlsəfə doktoru MirHeydər Abbasov “İnfraqırmızı spektraskapiya aparatında” dərnək üzvlərinə təcrübələrini göstərdi.

Analitik kimya laboratoriyasının müdiri akademik Aydın Pasacanov “Sərbəst atomların müəyyən dalga uzunluğunda işığın udması hadisəsi"ni təcrübələrlə izah etdi.

Kimya üzrə fəlsəfə doktoru Namik İsmayılov şagirdlərə kimya elmi haqqında ümumi məlumat verdi. Sonra dərnək üzvləri xatirə şəkil çəkdirdilər.Məktəbimizin 7 -ci sinif şagirdləri,dərnək ùzvləri Hùseynli Əfruzə,Hùseynli FIDAN,Suleymanova Aylin, Hacıbalayeva Nəsibə,Əliyeva Zəhra, Məmmədova Nuray da gòrùşdə iştirak etdilər. Hùseyinli Əfruzə isə sòz alaraq gòrùşdən bòyùk zòvq aldıgįnı və gələcəkdə kimyaçı olmagı arzuladıgını bildirdi.Gòrùşdən sonra şagirdlərimiz dərnək rəhbəri Aynurə xanımın iştirakı ilə Fəxri Xiyabanda Ulu Òndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib,gùl dəstələri qoydular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi