"Heydər Əliyev İli" çərçivəsində "Valideynin məktəbdə bir günü" layihəsi " həyata keçirildi.

   01 dekabr tarixində məktəbdə "Heydər Əliyev İli" çərçivəsində "Valideynin məktəbdə bir günü" layihəsi " həyata keçirildi.Tədris prosesinə qatılmadan öncə məktəbin akt zalında Ulu Öndər Heydər Əliyev və torpaqlarımız ugrunda canından keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu.Sonra valideynlər dərslərə qatıldılar. Adi dərs günü olsa da layihənin adı və valideynlərin məktəbdə olması hamının məsuliyyətini artırdı.Dərslərdə iştirak edən valideynlər övladlarının tədris prosesini maraqla izlədilər.Məktəbin akt zalında Ulu Öndərə həsr olunmuş musiqili açıq dərs hər kəsə gözəl ovqat,fəxarət yaşatdı.Sonda məktəb rəhbərliyi valideynlərə öz ürək sözlərini çatdırdılar,belə tədbirlərin əhəmiyyətindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi