Zəfər səninlədi, Azərbaycan!

     Məktəbdə Zəfər Gününə həsr edilmiş "Zəfər səninlədir,Azərbaycan!"adlı bayram tədbiri möhtəşəmliyi hər kəsə bayram əhvali-ruhiyyəli Qələbə sevincini bir daha yaşatdı. Dövlət Himninin oxunuşu və Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlanan tədbir məktəbin müəllim və şagird heyətinin birgə ifası ilə səslənən "Zəfər marşı" mahnısının təqdimatı ilə davam etdi.Tədbir boyunca məktəbin şagirdləri və eləcə də müəllimləri tərəfindən səslənən vətənpərvər mövzulu şer və musiqi nömrələri,təqdim edilən rəqslər qonaqlar tərəfindən də maraqla izləndi.Tədbirdə qonaq qismində ,Azərbaycan Respublikası "Qarabag Əlillərinə Qaygı"İctimai Birliyinin sədri I qrup qazi,Firudin Məmmədov,sədr müavini II qrup qazi Azad Ramazanov,Birliyin aktivləri II qrup qazi Vahid,vətənpərvər şair Orxan Qaxlı,Nəsimi İH-nin əməkdaşı Sərxan Məmmədov,240 nömrəli məktəbin direktoru Esmira Məmmədova,54 nömrəli məktəbin direktoru Sahibə Abbasova ,jurnalist Pərvanə İbrahimova,valideynlər iştirak etdilər.Sonda məktəbin direktoru J.Hacıyeva və söz alan qonaqlar tədbirin qürurverici anlarını,bayram sevincini hər kəsə yaşadan iştirakçılara öz minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi