Məktəbdə 20 Yanvar faciəsi şəhidləri yad edildi

      Məktəbdə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlər davam edir.18 yanvar 2020-ci il tarixində   Azərbaycan dili və ədəbiyyat müəllimi Günay Hacıyevanın rəhbərliyi və  7“A”, 7“B”, 6"C" sinif şagirdlərinin iştirakı ilə baş tutan  tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, şagirdlərin ifasında gözəl bir kompazisiya təqdim edildi.İştirakçılar  20 Yanvar faciəsinin şahidləri və şəhidləri rollarını çox böyük məharətlə təqdim etdilər. Sonda məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini Radə İsmayılova  Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisəsi barəsində ətraflı məlumat verərək, şagirdlərə 20 Yanvar faciəsini unutmamağı, tariximizi dərindən öyrənməyi və vətəni sevməyi tövsiyə etdi,bu  faciənin Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldığını vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi