Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib

    28.04.2025-ci il tarixdə UBTR Aytən Əzimova və tarix müəllimi Günel Kərəmovanın təşkilatçılığı ilə 9a sinfində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tarix müəllimi Günel Kərəmova Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında şagirdlərə məlumat verərək qeyd edib ki, Zərifə Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olub.

UBTR Aytən Əzimova çıxışında bildirib ki, görkəmli professor Zərifə Əliyevanın tibb elminin inkişafında misilsiz xidmətləri olub. Ölkəmizdə çoxlu gənc alimlərin yetişməsində göstərdiyi elmi fəaliyyətdən söz açan A.Əzimova qeyd edib ki, Zərifə xanım xeyirxah və ictimai xadim kimi xalqımızın yaddaşında qalıb və daim gözəl xatirələrlə anılacaq.

Tədbirdə oftalmoloq-alim Zərifə Əliyevaya həsr olunmuş video-çarxlar nümayiş etdirilib. Sonda şagirdlərə Azərbaycan tibb elmində xüsusi yeri olan Zərifə Əliyeva haqqında yazılmış kitablar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi