1 Mart- Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

       Məktəbin Tədbirlər planına uyğun olaraq 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü keçirilib.

    I mərhələdə 6a sinfində Mülki Müdafiəyə həsr olunmuş dərs təşkil olunub. Dərsdə məktəbin direktoru Kəmalə Məmmədova, Mülki Müdafiə Qərargahının rəisi Fəridə Haqverdiyeva, təşkilatçı müavin Esmira Əliyeva və digər müəllimlər iştirak ediblər. Sinif rəhbəri Səbinə Əliyeva “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda çıxış.edərək bildirib ki, əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallarda mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. O, əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını diqqətə çatdıraraq, bu kimi tədbirlərin mülki müdafiə sahəsinin inkişaf etdirilməsinə öz töhfəsini verdiyini qeyd edib.Şagirdlər Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə dolğun məlumat verib, əleyhqazlarla tanış olublar. Dərsin davamında mövzu ilə baĝlı sənədli film izlənilib.

   Həyəcan siqnalı verildikdən sonra məktəbin şəxsi heyəti toplantı yerinə cəlb olunub. II mərhələdə praktiki məşğələyə başlanılıb. Praktiki məşğələdə xilasedicilər, yanğınsöndürmə, sanitar-tibbi və rabitə manqaları fəal iştirak ediblər. Belə ki, xilasedicilər manqası dağıntılar altında qalmış şagirdlərdən birini xilas edərək tibb məntəqəsinə təhvil veriblər. Yanğınsöndürmə manqası isə məktəb ərazisində baş vermiş yanğını söndürüb, bir nəfər şagirdi yanğından xilas edərək yardım gostəriblər. Rabitə manqası Sabunçu rayon Mülki Müdafiə şöbəsilə əlaqə yaratmaq üçündür. Xilasedici manqa dağlntılar altında qalan insanları çıxarıb xilas ediblər. Sanitar manqası yaralılara ilkin tibbi yardım göstəriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi