15 sentyabr "Bilik Günü"dür

Sentyabrın 15 - i Azərbaycanda "Bilik Günü"dür. Ölkəmizdə yeni tədris ili başlayır. Bu gün ölkəmizin hər bir orta və ali təhsil müəsissələri öz qapılarını yenidən şagird və tələbələrin üzünə açır. Hər il olduğu kimi bu il də məktəbdə 15 sentyabr “Bilik Günü “nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri və məktəbə ilk dəfə qədəm qoyan birincilər iştirak etdi. Tədbiri məktəbin direktoru K.Q. Mehdiyev öz çıxışı ilə açıq elan etdi. Çıxışının əvvəlində o, ilk növbədə məktəbin keçən ilki nailiyyətlərindən, yüksək nəticə əldə edərək tələbə adı almış məzunlar haqqında fərəh hissi ilə danışdı. Daha sonra Kərəm müəllim birincilərə, o cümlədən məktəbin müəllim və şagird kollektivinə builki tədris ilində uğurlar arzu etdi. Daha sonra valideynlər adından İbrahimova Elnarə çıxış edərək bu gün münasibəti ilə bütün müəllimləri, şagirdləri və valideynləri təbrik etdi.Tədbirin sonunda birincilər “ Bilik Günü “ nə aid şeirlər söylədilər. Tədbir şar yağışı ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi