BİLİK GÜNÜ

Sentyabrın 15 - i Azərbaycanda "Bilik Günü"dür. Ölkəmizdə yeni tədris ili başlayır. Bu gün ölkəmizin hər bir orta və ali təhsil müəsissələri öz qapılarını yenidən şagird və tələbələrin üzünə açır. Hər il olduğu kimi bu il də məktəbdə 15 sentyabr “Bilik Günü “nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və məktəbə ilk dəfə qədəm qoyan birincilər iştirak etdi. Tədbiri məktəbin direktoru Səma Həziyeva öz çıxışı ilə açıq elan etdi. Çıxışının əvvəlində o, ilk növbədə məktəbin keçən ilki nailiyyətlərindən, yüksək nəticə əldə edərək tələbə adı almış məzunlar haqqında fərəh hissi ilə danışdı. Daha sonra Səma müəllim birincilərə, o cümlədən məktəbin müəllim və şagird kollektivinə builki tədris ilində uğurlar arzu etdi. Daha sonra valideynlər adından Gülər Əsgərli çıxış edərək bu gün münasibəti ilə bütün müəllimləri, şagirdləri və valideynləri təbrik etdi.Tədbirin sonunda birincilər “ Bilik Günü “ nə aid şeirlər söylədilər.