UŞAQLARIN PSİXOSEKSUAL İNKİŞAF MƏRHƏLƏLƏRİ

Ümumtəhsil məktəblərinin 2023-2024-cü  tədris ilinin fəaliyyət planına uyğun olaraq məktəbimizdə  məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yasəmən Abdullayeva , UBTR Vüsalə Məmmədova , psixoloq Sevinc Abbasova  VIII, IX və X siniflərdə "Uşaqların psixoseksual inkişaf mərhələləri" mövzusunda seminar keçirildi. Məqsəd uşaq və yeniyetmələrin cinsi inkişaf mərhələləri, kişi, qadın və onların hər ikisinin davranış tipləri,hər bir cinsə xas olan davranışların onların həyatında oynadığı rolu , oğlan və qız tərbiyəsindəki fərqlilik, uşağın cinsi inkişafında valideynlərin rolu barədə şagirdləri məlumatlandırmaq idi. Zemfira müəllimə sözügedən məsələlərə xüsusi incəliklə toxundu. Şagirdlərlə maraqlı sual-cavab yaratmağa nail oldu. Ən geniş yayılmış zöhrəvi xəstəliklərin adları və əlamətləri, yayılma yolları və müalicəsi haqqında məlumat verildi. Bununla yanaşı dövrümüzün qlobal problemi olan erkən nigah haqqında şagirdlərlə müzakirə aparıldı. Ətraf mühitin təsiri, internet alüdəçiliyi, valideyn laqeyidliyi kimi məsələlər qabardıldı, valideynin övladıyla daha yaxın münasibətinin vacibliyi vurğulandı, milli mentalitetdən irəli gələn bəzi məsələlərə daha müasir baxışın qaçılmaz olduğu qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi