Beynəlxalq Uşaq Kitabı Günü

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yasəmən Abdullayeva , UBTR Vüsalə Məmmədova,  kitabxana müdiri Minayə Məmmədova ,  kitabxanaçı Aysel Kərimova və ibtidai sinif müəllimi Xədicə Qədəşovanın  birgə təşkilatçılığı ilə “Beynəlxalq Uşaq Kitabı Günü” adlı tədbir keçirilib.

Tədbirdə Beynəlxalq Uşaq Kitabı Gününün yaranmasının tarixi haqqında danışaraq, Azərbaycan və dünya uşaq ədəbiyyatının görkəmli simaları haqqında məlumat veriblər. Daha sonra  bildirilib ki, uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitab onları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan yaradır.

Sonda  şagirdlər arasında “Kitab oxumaq bizə nə qazandırır?” mövzusunda sual-cavab aparılıb və kitablar hədiyyə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi