Aprel döyüşləri - qələbənin ilk cığırı

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə kitabxana müdiri Minaya Məmmədova və kitabxanaçı Aysel Kərimovanın təşkilatçılığı ilə "Aprel döyüşləri - qələbənin ilk cığırı " adlı dəyirmi masa keçirildi.Tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərə Aprel döyüşləri haqqında məlumat verildi. Bildirilib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Xalqımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edərək şanlı Qələbəmizin qazanılmasına nail olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi