Ana təbiətə məktub

"Məktəblinin Dostu" layihəsi çərçivəsində məktəbimizdə ətraf mühitlə əlaqədar təbiəti qorumaq, ona qayğı ilə yanaşmaq, təbiəti sevmək məqsədi ilə “Təbiətə məktub” adlı təşəbbüs həyata keçirilib. II sinif şagirdlərinin iştirak etdiyi bu fəaliyyətdə şagirdlər Təbiətə ətraf mühitlə bağlı gördükləri işlər haqqında məktub yazıb öz arzularını bildiriblər. Valideynlər tərəfindən alınan təbii məhsullar "Meşəbəyi"yə təhvil verilib və məktubları oxunan şagirdlər yaxşı əməllərinə görə mükafatlandırılıblar.
Qeyd edək ki, təbiəti qorumaq və ətraf mühitə zərər verilməməsini aşılamaq məqsədilə baş tutan təşəbbüs şagird və valideynlər tərəfindən müsbət qarşılanaraq alqışlanıb.