Nailiyyətlərimiz

“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə” VI respublika uşaq yaradıcılıq müsabiqəsində “Rəsm “ naminasiyası üzrə məktəbimizin şagirdi Əliyeva Nəzrin III yerə layiq görülüb. Şagirdlərin öz dünyalarında qurduqları xilaskarları rəsm əsərlərində canlandırıblar. Sərginin nümayiş olunmasında məqsəd istedadlı şagirdlərin üzə çıxarılması oldu. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, fövqəlada hallar baş verdikdə onların hər bir vəziyyətə hazırlıqlı olması əsas məqsəd idi. Sərgidə iştirak edən şagirdlər hədiyyələr və fəxri fərmanlarla mükafatlandırıldılar.

İdmanda uğrumuz!Məktəbimizin X b sinif şagirdi Məlikov Nihad idman sahəsində növbəti uğurunu qazanıb. 6 yaşından MMA (qaydasız döyüş) idman növü ilə məşgul olur. Çoxlu sayda uğurları və qələbələri var. Bu il 20-21 may tarixində Kislovodski şəhərində keçirilən Dünya çonpionatında I yerə- Qızıl medala layiq görülmüşdür. Birinci rəqibi Çeçen, İkinci Rus və üçüncü rəqibi isə Qazaxıstan döyüşçüsü olmuşdur. Dünya çenpionu olduğuna görə Məlikov Nihad "idman ustası- master sport" adı verilmişdir. Şagirdmizi bir daha təbrik edirik və uğurlar arzulayırıq

"Olimpiya hərəkatı-2017""Olimpiya hərəkatı-2017" layihəsi çərçivəsində məktəbimizin komandası uğurla çıxış ediblər. Bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi məqsədilə "Bakı 2015 Avropa Oyunları"nın davamı olaraq ölkəmizdə idman sahəsində yeniliklər və uğurların sayı çoxalmaqdadır. "Olimpiya hərəkatı-2017" proqramı çərçivəsində Məktəblilərin Respublika Birinciliyində şagirdlərimiz "Yüngül Atletika" üzrə I yerə layiq görülüblər. Məktəbimiz olaraq bir sıra idman yarışlarında ön sıralarda-qalib pilləsində qərar tutmuşuq. Bu münasibətlə qalib komandamızı təbrik edirik və müvəffəvəqiyyətlər arzulayırıq.

HAQQIMIZDA

Məktəb məzunu olmuş Namiq Fərəczadənin adını daşıyır. O, 1993-cü ildə Qarabağ uğrunda döyüşlərdə Ağdamda şəhid olmuşdur. Məktəb 1930-cu ildən fəaliyyət göstərir. Məktəbin şagird tutumu 1310 nəfərlikdir. 2014-2015-ci tədris ilində...

BİZİM FƏXRLƏRİMİZ

Xəyalə Həsənova Qabil

Gülsənəm Məmmədova Viləddin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi