Heydər Əliyevin 102 illiyinə həsr olunmuş tədbir.

16 may tarixində məktəbimizin ibtidai sinif müəllimi Zülfiyyə Məmmədovanın rəhbərliyi ilə keçirilən tədbir, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini anmaq və onun müasir Azərbaycan dövlətçiliyinə verdiyi misilsiz töhfələri yad etmək məqsədilə təşkil olunmuşdur. Tədbir məktəbin II sinif şagirdlərinin iştirakı ilə hazırlanıb və böyük maraqla qarşılanmışdır.
Şagirdlər Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, müxtəlif rəqs nömrələri ilə çıxış ediblər. Onların bu çıxışları bir tərəfdən milli ruhda tərbiyənin təməlini qoyur, digər tərəfdən isə gənc nəslin Heydər Əliyev ideyalarına bağlılığını nümayiş etdirir.
Tədbirin əsas məqsədi uşaqlara vətən sevgisini aşılayaraq onların tarixi şəxsiyyətlərimizi tanımalarına şərait yaratmaq idi. Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikri tədbirin ruhunu ifadə edən başlıca ideya idi.