7 Aprel Ümumdünya Sağlamlıq Günü

7 aprel Ümumdünya Saglamlıq Günü ilə əlaqədar məktəbimizin psixoloqu Təranə Vəliyeva 3c, 4b, 4d sinif şagirdləri ilə “Sağlam qida, saglam həyat!“ mövzusunda maarifləndirici iş keçirdi. Psixoloq T.Vəliyeva qeyd etdi ki, sağlam həyat tərzi sağlam yaşamağı və bir çox xəstəliklərdən uzaq durmağı nəzərdə tutur. Sağlam həyatın ən vacib şərtlərindən biri də düzgün kalorili qidalanmadır. Faydalı və ekoloji cəhətdən təmiz qidaları qəbul etməyə fikir verməyin lazım olduğunu bildirdi. Məktəbin həkimi Dürdanə İsayeva şagirdlərə lazımi tövsiyyələr verdi. Sonda sağlam qidalanma ilə baglı videoçarx nümayiş etdirildi