2025- Konsitutsiya və Suverenlik ilidir.

Azərbaycan Respublikasında 2025-ci il dövlət başçısı İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik ili” elan edilib. Bu il ölkəmizin dövlət müstəqilliyinin və konstitusiyasının əhəmiyyətini bir daha vurğulamaq məqsədi daşıyır. “Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif tədbirlər və layihələr həyata keçirilir. Bu il vətəndaşlarımızın hüquq və azadlıqları mövzusunda məlumatlandırılması məqsəd qoyulub.
Bu münasibət ilə 15.05.2025 tarixində məktəbimizdə tarix müəllimi Gülbikə Aslanlı tərəfindən xüsusi bir tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra aparıcılar konsitutsiya və suverenlik haqqında məraqlı məlumatlar verdilər. Şeir nümunələri, rəqs, məruzələr və səhnəciklər tədbirin zəngin proqramını təşkil edirdi. Eyni zamanda, konstitusiya ilə bağlı rəsm çəkən şagirdlər öz işlərini təqdim etdilər. Tədbirin sonunda iştirak edən uşaqlar sertifikatla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi