Nağıl və cizgi filmləri

8 mart 2025-ci il tarixində məktəbimizdə unudulmaz və rəngarəng bir tədbir keçirildi. Tədbirin mövzusu uşaqların sevimli nağıl və cizgi film qəhrəmanlarının səhnələşdirilməsi idi. Şagirdlər hər biri fərqli bir qəhrəmanı canlandıraraq, tanınmış nağıl və cizgi filmlərindən səhnəciklər təqdim etdilər.
Tədbir Sevinc Fərəcovanın rəhbərliyi ilə 3E sinif şagirdləri tərəfindən hazırlanmışdı. Uşaqlar öz rollarına böyük həvəslə yanaşaraq, sevimli obrazlarını canlandırdılar. Hər bir çıxışda nağıl və cizgi filmlərindən seçilmiş mahnılar səsləndi, şagirdlər həm oxudu, həm də səhnə performansları ilə tədbirə xüsusi rəng qatdılar.
Bu tədbir uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirməklə yanaşı, onlara özünü ifadə etmə bacarığını və səhnə mədəniyyətini aşıladı. Həmçinin, nağılların və cizgi filmlərinin verdiyi dəyərləri daha dərindən anlamağa kömək etdi.