Novruz tədbiri

Məktəbimizdə 18.03.2025 tarixdə maraqlı açıq dərs keçirildi. Təhminə Əzimovanın rəhbərlik etdiyi 4E sinfində Azərbaycan dili fənnindən Novruz adət-ənənələrinə həsr olunmuş dərs təşkil olundu. Açıq dərs öncəsi Təhminə müəllimə şagirdlərə maraqlı bir ev tapşırığı vermişdi. Şagirdlərə tapşırılmışdı ki, Novruz bayramına dair şeirlər, mahnılar, rəqslər və digər maraqlı elementləri öyrənib dərsdə nümayiş etsinlər. Uşaqlar böyük həvəslə bu tapşırığı yerinə yetirərək öyrəndiklərini dərs zamanı təqdim etdilər.
Dərs boyu şagirdlər Novruzun tarixi, adət-ənənələri haqqında danışaraq, bayrama aid müxtəlif təqdimatlarla çıxış etdilər. Onların hazırladıqları şeir, mahnı və rəqslər sinif otağında əsl bayram əhval-ruhiyyəsi yaratdı. Açıq dərsin məqsədi yalnız nəzəri bilikləri artırmaq deyil, həm də milli-mənəvi dəyərləri yaşatmaq idi.
Şagirdlər göstərdikləri fəallıqla bir daha sübut etdilər ki, Novruz ənənələri nəsildən-nəsilə ötürülməyə davam edir.