Elimizin Novruz Bayramı kimi adəti var

Novruz Bayramı ölkəmizin ən doğma və kökləri dərinlərə gedən bayramlarından biridir. Bu münasibətlə məktəbimizdə gözəl bir tədbir baş tutdu. Məktəbimizin məllimlərindən biri olan Yeganə Quliyeva öz 4ç sinfi ilə birlikdə Novruz Bayramına həsr olunmuş maraqlı bir proqram hazırladı. Tədbirdə şaqirdlərin ifasında fərqli səhnə nömrələri, rəqslər və mahnılar tamaşaçılara təqdim olundu. Bayram abu-havasını hiss etdirmək üçün zal bəzədilib, Novruza aid atributlar istifadə olundu. Tədbir boyu şaqirdlərin sərgilədiyi ifalar hər kəsin zövqlü anlar yaşamasına səbəb oldu.
Məktəb kollektivinin, valideynlərin və şaqirdlərin iştirak etdiyi bu tədbir bir daha göstərdi ki, Novruz xalqımızın birlik və bərəkət rəmzi olaraq nəsildən-nəsillə ötürülməyə davam edəcək.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi