İdman həftəsi ilə əlaqədar keçirilmiş idman yarışı

Məktəbimizdə davam edən İdman Həftəsi çərçivəsində bu gün 5-ci sinif şagirdləri arasında maraqlı və rəqabətli bir idman yarışı baş tutdu. Yarışın təşkilatçıları məktəbimizin fiziki tərbiyə müəllimləri İradə Əmirəli və Reyhan Beydullayeva olmuşdur. Şagirdlər yarışda öz bacarıqlarını nümayiş etdirərək, idmanın nəinki sağlamlıq, həm də birlik və dostluq üçün vacib olduğunu bir daha sübut etdilər. Hər bir iştirakçı böyük həvəslə mübarizə apararaq, həm idman ruhunu yaşatdı, həm də komanda işinin əhəmiyyətini dərk etdi.
Tədbirin sonunda məktəbimizin direktoru qalibləri və iştirakçıları təbrik edərək, onların əzmkarlığını yüksək qiymətləndirdi. Şagirdlərə təşəkkürnamələr təqdim olundu ki, bu da onların uğurlarının rəsmi olaraq tanınması və gələcəkdə idmana daha da həvəslə yanaşmaları üçün böyük stimul oldu.
İdman həftəsi çərçivəsində keçirilən bu tədbir məktəbimizdə sağlam həyat tərzinə olan marağı artırmaqla yanaşı, şagirdlərin fiziki və sosial inkişafına da müsbət təsir göstərir.