İdman həftəsi ilə əlaqədar keçirilmiş rəsm sərgisi

Məktəbimizdə İdman həftəsi ilə əlaqədar fiziki tərbiyə müəllimləri İradə Əmirəli və Reyhan Beydullayevanın rəhbərliyi ilə rəsm sərgisi təşkil edilmiş, şagirdlərimiz də bu sərgidə həvəslə iştirak etmişlər. Rəsm nümunələrinə məktəb rəhbərliyi tərəfindən baxış keçirilmiş və şagirdlərin işi yüksək qiymətləndirilmişdir. Qeyd edək ki, İradə Əmirəli Gənclər və İdman Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.