Müstəqil həyata bir addım
14 iyun. Bu gün orta məktəblərdə "Son zəng” tədbirləri keçirilir. Bu gün on minlərlə şagird məktəbə əlvida deyib, yeni həyata doğru yol alır.Məktəb illəri hər bir şəxsin həyatında mühüm rol oynayır. Kimisi o illəri gözəl günlər kimi, bəziləri də keçmişində xatırlamaq istəmədiyi illər kimi qəbul edir.
Məktəbin məzunları müstəqil həyata bir addım daha yaxınlaşırlar.Artıq onlar məzun adını qazanıblar.Bu münasibətilə təbrik edirik.
Məzunları məktəbin direktoru Gülnarə xanım təbrik edərək müstəqil həyatda daima uğurlar arzu etdi.Sonra məktəbin tədris hissə müdirləri təbrik etdilər, həmçinin qonaqlar da məzunlara uğurlar arzu etdilər.