Məktəbimizdə “ Gənclər Narkomaniyaya yox deyir” mövzusunda tədbir keçirilib
16 oktyabr Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının və Bakı şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə məktəbimizdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Gənclər narkomaniyaya yox deyir”mövzusunda tədbir keçirilib.Məqsəd ondan ibarətdir ki, aparılan müzakirələrdə məktəblilər, xüsusən də gənclər daha yaxından iştirak etsinlər.
Tədbirdə məktəbin direktoru Leyla Məmmədova, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantö Şirəli Babayev, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktikn işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, Nizami rayon Polis idarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov gənclərə sağlam həyat tərzinin yeganə yol olduğunu bildirdilər.
Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarxı nümayiş olunub.