21.09.2015-ci il tarixdə Nizami rayonu 10№ - li məktəbdə Beynəlxalq Sülh Gününə həsr edilmiş disput keçirildi.

Disputda məktəbin direktoru Leyla xanım Məmmədova, tərbiyə işləri üzrə direktor müavini Nailə Səmədova, müəllimlər, şagirdlər iştirak etdilər. Məktəbin direktoru Leyla xanım iştirakçıları Təhsil Nazirliyinin 21.08.2015-ci il tarixli 216 nömrəli əmri ilə tanış etdi. O, Beynəlxalq Sülh Gününün mahiyyətindən danışdı. Qeyd etdi ki, sülh –azadlıq simfoniyasıdır. Bəşəriyyətə hava kimi, su kimi sülh gərəkdir. Elə buna görə də, yer kürəsinin hər hansı bir nöqtəsində müharibə ocağı söndürülərsə, bu məhz insanlığın qələbəsidir. Təsadüfi deyil ki, Təhsil Nazirliyi tərəfindən “ Sülh naminə birləşək !” devizi altında bir çox müsabiqələrin keçirilməsinə start verilmişdir. Məktəbin tarix müəllimi Elnurə Paşayeva iştirakçıların diqqətini ötən illərə apardı. O dedi ki, 15 il öncə arxada qoyduğumuz XX əsr ən dəhşətli müharibələrin şahidi olub. Dünyanı lərzəyə salan I və II cahan savaşları, qardaş qırğınına səbəb olan vətəndaş müharibələri dünyanın məhvərini yerindən oynadıb. 23 ildir ki, Vətənimizin bir parçası, Azərbaycanımızın başının tacı, təbiətin şah əsəri olan əsrarəngiz Qarabağımız nankör qonşularımız tərəfindən qəsb olunub. Təcavüzlər bu gün də dəvam etməkdədir. Belə ki, insan qanına susamış İŞİD bəşəriyyəti qorxuya salıb. İslam dünyası təlatüm içindədir. Terrorizm ümumi bəlamıza çevrilib. Əlbəttə, belə vəziyyətdə sülh naminə birləşməyimiz vacibdir və buna çalışmalıyıq. Dil - ədəbiyyat müəllimi Familə Aslanlı öz çıxışına dahi Nizaminin sözləri ilə başladı. Hərb ilə, sülh ilə sınanmış cahan Sülhdən xeyir görmüş, hərbdən ziyan Müharibə - günahsız axıdılan qan, insan ölümü, bəşər faicəsidir. Mübaribə - göz yaşı, ata fəryadı, ana naləsidir. Dilindən, dinindən, soyundan, kökündən asılı olmayaraq, insan dünyaya yaşamaq, qurub-yaratmaq üçün gəlir. Təbiətin bəxş etdiyi gözəllikləri qorumaq, onların sayını artırmaq üçün çalışır, məhv etmək üçün yox. Üzümü yer üzünün sakinlərinə tutub deyirəm: –Sülhə gəlin, ey insanlar, qoruyaq dünyamızı onu dağılmağa, məhv olmağa qoymayaq. Gəlin birləşək, dünyamızı xilas edək. Bu dünya hamımızındır. Onu qorumaq isə hər bir insan övladının mənəvi borcudur. Xa sinif şagirdi Xalid Musazadə fikirlərini ultimatum şəklində ifadə etdi: Məncə, artıq yer kürəsinin ən uca nöqtəsindən həyəcan təbilini çalmaq zamanıdır. Dünyanı savaş meydanina çevirməyə heç kimin mənəvi haqqı yoxdur. Mən insan qanına susamış canavarlara səslənirəm:Bəsdir ailələri evsiz –eşiksiz, yurdsuz, yuvasız qoydunuz, gülüzlü körpələri ata-ana nəvazişindən məhrum etdiniz. Daha doymadınızmı, qan tökməkdən yorulub usanmadınızmı ? Ayılın, o qanla örtülmüş gözlərinizi açın və bir anlığa da olsa, dünyamıza açıq gözlə, təmiz ürəklə, məhəbbətlə, sevgi dolu baxışlarla baxın. Bu dünya səxavətlidir, yaşamaq üçün hamımıza yer çatar. VIIIa sinif şagirdi Gözəl Hüseynli Xalidin fikrini davam etdirərək bildirdi ki, gəlin dünyamızı qoruyaq. Onu bombalarla, tanklarla, raketlərlə dağıtmaqdansa, oda –alova qərq etməkdənsə, tikək, quraq, yaradaq.Əgər yer üzündə müharibə olmasaydı, insanlar nələrə nail olmazdı, İlahi?! Əridib silahları Biz Martin sobasında Körpü yarada billik Yerlə Mars arasında - Müharibə olmasa Gözəl Hüseynlinin çıxışından təsirlənən IX a sinif şagirdi Səma Məhərrəmli kövrək səslə danışdı: - Mən taleyinə, qismətinə qaçqınlıq düşən, müharibənin dəhşətli səhnələrini gözləri ilə görən, onun ağrı-acısını yaxından dərk edən bir ailənin övladı kimi arzu edirəm ki, yer üzündəki bütün müharibələrə son qoyulsun. Səmamız aydın, ocaqlarımız tüstülü, dünyamız sakit olsun. Göydən güllə yağışı yox, sevinc, xoşbəxtlik yağışı yağsın. Səmanın çıxışına cavab olaraq sinif yoldaşı Fatimə Sərdarova “ Ananın səsi” mahnısını ifa etdi: Ana qəlbim odlanır Söz düşəndə davadan Bəs deyilmi ey insanlar ?! Töküldü qan axdı qan Bəs deyilmi qara torpaq Su içdi göz yaşından ? !Silahları yandırın Ərşə qalxsın tüstüsüHər obada, hər bir eldə Qanad açsın sülh sözü.Üzü gülsün insanların Bayram etsin yer üzü Yer üzündə dostu olsun Gərək insan insanın Qəlbimdəki bu arzular Arzusudur zamanın. Mən anayam, bu səsimdə Yerin, göyün dərdi var Sülhə gəlin ey insanlar, Yoxsa dünya məhv olar. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Nailə Səmədova ölkəmizdə sülh naminə aparılan işlərdən danışdı. O qeyd etdi ki, xalqımız başda rəhbərlik olmaqla həmişə öz sülhsevərliyini sübut edib. 3 ay öncə dünyaya səs salan I Avropa oyunlarının məhz Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Hamının diqqət mərkəzində olan idmançıların səmimi birlik və misilsiz oyun nümayiş etdirmələri bir daha sübut etdi ki, dinindən, irqindən asılı olmayaraq , dünyanın bütün insanları xoşməramlı təmasa can atır. Çünki sülh, əmin amanlıq bütün bəşər övladının arzusu, diləyidir. Sonda məktəbin direktoru Leyla xanım çıxışlara yekun vuraraq dedi: - Bəli, bu mövzu bu gün çox aktualdır. Çıxışlardan göründüyü kimi istər müəllimlərimiz, istərsə də şagirdlər dünyamızın sülhsevər qüvvələr tərəfindən idarə olunmasının tərəfdarlarıdır. Mən inanıram ki, tökülən şəhid qanları yerdə qalmayacaq. Qüdrətli sərkərdəmiz, Ali Baş komandanımız, sülh carçısı olan Prezidentimiz İlham Heydər oğlu Əliyevin siyasəti nəticəsində düşmən tapdağı altında qalan torpaqlarımız məhz sülh yolu ilə geri qaytarılacaq. Qədim Odlar yurdunda- Qarabağımızda yenidən Azadlıq günəşi doğacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi