20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilib.
20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilib.
17 yanvar 2025-ci il tarixdə məktəbin ingilis dili müəllimi İranə Nərimanova VII "d" sinfində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş xüsusi dərs keçib. Dərs prosesində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ceyran Əmrahova və müəllimlər iştirak ediblər.
Dərsin əvvəlində Ümummilli Lider Heydər Əliyev və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dərsi giriş sözü ilə açan İranə müəllim Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırıb və bildirib ki, müasir Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olan 1990-cı il 20 Yanvar hadisələri xalqımız üçün dərin izlər buraxıb. Ulu öndər Heydər Əliyev həmin hadisələri yüksək dəqiqliklə xarakterizə edərək qeyd edirdi ki, zaman keçdikcə bu günlərin xalqımızın tarixindəki əhəmiyyətini daha yaxşı dərk edəcəyik.
Sonra şagirdlər 20 Yanvar faciəsi haqqında məlumatlar veriblər. O gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndiriblər və xatirəsi anılan şəhidlərimizi bir daha hörmətlə yad ediblər.