“Şirvanşahlar Saray Kompleksi”ndə açıq dərs

21.11.2017-ci il tarixində Texniki –Humanitar liseyin tarix müəllimi Mustafayeva Nüşabə 5ç sinif şagirdlərinə “Uzunömürlü dövlət-Şirvanşahlar” mövzusundakı dərsi “Şirvanşahlar Saray Kompleksi Dövlət –tarixi memarlıq qoruğu”nda tədris etdi. Dərs  şagirdlərin  Şirvanşahlar sarayı, onun tarixi haqqında söylədikləri fikirlərlə başladı. Daha sonra  Mustafayeva Nüşabə saray divanxanası, məscidlər, Şirvanşahlar türbəsi, saray hamamının tarixi haqqında ətraflı məlumat verdi və əyani şəkildə muzeydəki tarixi abidələri şagirdlərə göstərdi. Kitablardan saraylar, abidələr haqqında öyrəndikləri məlumatları onlara toxunaraq danışmaq, qala divara baxaraq onun haqqında sual vermək şagirdlər üçün olduqca maraqlı dərs və təcrübə idi.

Sonda Mustafayeva Nüşabə şagirdlərə “Şirvanşahlar Sarayı” mövzusunda esse yazdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi