“Milli və mənəvi dəyərlərimizin inkişafında şifahi xalq yaradıcılığının rolu” mövzusunda tədbir.

Bu gün Texniki Humanitar liseyin kitabxanasında “Milli və mənəvi dəyərlərimizin inkişafında şifahi xalq yaradıcılığının rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbir liseyin kitabxana rəhbərliyinin , həmçinin liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Arifə Məmmədovanın təşkilatçılığı və 5”a” sinif şagirlərinin iştirakı ilə baş tutmuşdur. Tədbirdə şagirdlər əsas mövzu ilə bağlı bir-birindən maraqlı səhnəciklər, təqdimatlar, intellektual oyunlar, rəqslər nümayiş etmişdilər.
Beləliklə ,bu tədbir şagirdlərdə milli və mənəvi dəyərlərimizin müsbət mənada inkişafında şifahi xalq yaradıcılığının böyük əhəmiyyətini dərk etmişdilər.