Liseyimizin fəxri

28 may tarixində 12 yaşa qədər oğlanlar arasında U-12 basketbol liqasının final və 3-cü yer uğrunda oyunları baş tutub. Bakı İdman Sarayında keçirilmiş Final oyununda gənclər şəhərinin təmsilçisi "Sumqayıt" U-12, "Sabah" U-12 komandası ilə qarşılaşıb. Finalın oyunun əvvələrindən üstünlüyü ələ keçirən "Sabah" U-12 komandası yekunda rəqibinə 73-56 hesabı ilə qalib gələrək U-12 basketbol liqasının çempionu olub. Çempiona kubok və medalları Azərbaycan Milli Komandasının baş məşqçisi Tahir Baxşıyev və onun köməkçisi Anar Sarıyev təqdim edib. Liseyin 6 f sinif şagirdi İbrahimli Ömər Orxan oğluna uğurlar arzu edirik.