TƏBİƏTDƏN İNCƏSƏNƏTƏ
“Yaşıl dünya naminə Həmrəylik ili və Ekologiya ayı”nın keçirilməsinə dair Tədbirlər planına əsasən “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı keçirilib.
"Təbiəti qoruyanlar" adlı layihə çərçivəsində məktəbin texnologiya müəllimi Sahibə Mahmudovan;n rəhbərliyi ilə məktəbin 5Ç sinfi tərəfindən “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı keçirilib. Burada şagirdlər bitki, meyvə toxumlarından quşlar, güllər, müxtəlif heyvan fiqurları hazırlayıb. Hazırlanan əl işlərindən məktəbin foyesində sərgi təşkil olunub.