IX SİNİFLƏRİN SONUNCU MONİTORİNQİ

Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə Bakı Şəhəri Təhsil İdarəsinin tapşırığına əsasən IX sinif şagirdləri Azərbaycan dili və Ədəbiyyat, Riyaziyyat və Xarici dili (İngilis dili) fənlərindən sonuncu monitorinq imtahanına cəlb edilmişlər.  İmtahan hər fənn üzrə açıq və qapalı test tapşırığından ibarət olub. Şagirdlərə ümumilikdə 85 sualın cavablandırılması üçün 150 dəqiqə vaxt verilib. İmtahanda obyektiv nəzarətin təşkili üçün qeyri ixtisas müəllimləri nəzarətçi kimi cəlb edilmişdir.

Keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi