XOCALI – QAN YADDAŞIMIZ

26 fevral 1992-ci il! Qorxulu və yaddançıxmaz soyuq qış gecəsi! O gecə təbiət belə ŞƏHİD olacaq balalarına ağlayırdı. O gecə torpaq belə amansızcasına qətlə yetiriləcək övladlarına belə ağlayırdı.  Nə idi axı günahı bu insanların, amansızcasına qətlə yetirilən körpələrin, qocaların, hamilə qadınların. İllərlə çörək verdiklərimiz, “qonşu” bildiklərimiz qanına susayıbmış xocalıların. Gözünün yaşı qurumamış, 1990-cı il 20 yanvar gecəsində balalarını torpağa tapşıran anamız Azərbaycanın nə yaman amansız imiş düşməni?! Çörəyimizi yeyib, torpaqlarımızda böyüyən, üzümüzə gülüb, bizə necə tələlər quracağını qabaqcadan götür-qoy edibmiş erməni dığaları.

...Budur, artıq 31 il keçib həmin o qanlı hadisədən. Hələ də XOCALI deyəndə dodağımız çatlayır, gözümüz ağlayır, ürəyimiz ağrıyır. Niyə də ağlamasın o gözlər, niyə də ağrımasın o ürək ki, günahsız insanlar - 613 Xocalı sakini  - 63 uşaq, 106 qadın, 70 qoca amansızcasına qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü o gecə. Əsir götürülən o insanların hələ də bu günədək taleyi məlum deyil. Bir sözlə, 1992-ci il 26 fevral gecəsi Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə etnik azərbaycanlılara qarşı XOCALI SOYQIRIMI törədildi!

...Hər il Azərbaycanda 26 fevral “XOCALI SOYQIRIMI” günü kimi qeyd edilir.

Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə ilk dərslər “XOCALI”ya həsr edildi. Şagirdlərimizə o dəhşətli gecənin baş verməsindən, günahsız insanların amansızcasına qətlə yetirilməsindən, türk qanına susamış dığaların ana və bacılarımızın, ata və babalarımızın, körpə balalarımızın başına gətirdikləri müsibətlərdən, vəhşiliklərdən danışıldı.

Məktəbimizin akt zalında “XOCALI – QAN YADDAŞIMIZ” adlı tədbir keçirildi. Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik Tərbiyəsi şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Binəqədi rayon Veteranlar Təşkilatının sədr müavini birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Yazıçılar İttifaqının üzvü Zakir Əliyev, Şahmalı Məhərrəmov, Telman Vəliyev, Məhəmməd Hacıyev və Teyyub Həsənov da qonaq qismində iştirak edirdi.

Azərbaycan Respublikasının Dövlət Himni ilə baş tutan tədbiri məktəb direktoru Ofelya Məmmədova açıq elan etdi və Xocalı soyqırımı haqqında şagirdlərə qısa məlumat verdi. Qonaq qismində iştirak edən Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik Tərbiyəsi şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və Binəqədi rayon Veteranlar Təşkilatının sədr müavini birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Yazıçılar İttifaqının üzvü Zakir Əliyev də çıxış edərək, Xocalıda törədilən amansızlıqlardan, insanlığa sığmayan vəhşiliklərdən danışdı. Qonaqlar Xocalıya həsr olunmuş video-çarxları izlədi, şagirdlər tərəfindən hazırlanmış kiçik səhnəciklərə tamaşa etdilər. Sonda xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi