Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri

Azərbaycan Respublikası NazirlərKabinetinin 2012-ci il 3 avqusttarixli 171 nömrəli qərarı ilətəsdiq edilmişdir Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləriÜmumi müddəaTəhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri (bundan sonra – Normativlər) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.25-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır və mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirir. I. Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar 1.Məktəbəqədər təhsil müəssisələri1.1. Ümumi müddəalar 1.1.1. Məktəbəqədər təhsil müəssisələrinin tikintisi, yenidən qurulması və əsaslı təmiri zamanı müvafiq sanitar-epidemioloji rəyə malik olan inşaat materiallarından istifadə edilməlidir.1.1.2. Məktəbəqədər təhsil müəssisəsinin binasında və həyətində oyun və idman avadanlığı, mebel, kompyuter texnikası, oyun vasitələri, oyuncaqlar, texnika, nəşriyyat məmulatları, gigiyenik vasitələr və uşaqlara qulluq ləvazimatları, yuyucu və dezinfeksiyaedici vasitələr mövcud sanitariya qaydaları və normalarına uyğunluq haqqında rəyə malik olmalıdır. 1.2. Torpaq sahəsinə dair tələblər 1.2.1. Məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün torpaq sahələrinin ayrılmasına və obyektlərin tikintisinə yalnız qanunvericiliklə müəyyən edilmiş sənədlər olduğu zaman yol verilir. 1.2.2. Məktəbəqədər təhsil müəssisələri yaşayış məntəqələrinin ərazisində və xüsusi ayrılmış torpaq sahələrində magistral yollardan, kommunal və sənaye obyektlərindən, avtomobil nəqliyyatı müəssisələrindən kənar sahələrdə yerləşdirilməlidir. Məktəbəqədər təhsil müəssisəsinin ərazisindən şəhər (kənd) təyinatlı magistral mühəndis kommunikasiyaları (su təchizatı, kanalizasiya, istilik təchizatı, hava və yeraltı elektrik xətləri) keçməməlidir. 1.2.3. Yeni tikilən məktəbəqədər təhsil müəssisəsinin ərazisində səs təzyiqi və vibrasiya səviyyələri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na uyğun olaraq müəyyənləşdirilir.1.2.4. Məktəbəqədər təhsil müəssisəsinin ərazisi hasarla və yaşıllıq zolağı ilə əhatə olunmalıdır. Mürəkkəb relyefli ərazilərdə uşaqların oyun meydançalarının subasmadan mühafizəsi məqsədi ilə leysan və sel sularının kənarlaşdırılması üçün drenaj kommunikasiya sistemi nəzərdə tutulmalıdır.1.2.5. Torpaq sahəsinin ərazisi xarici elektrik işıqlandırılmasına malik olmalıdır. Sahənin süni işıqlanma səviyyəsi 10 lx-dən artıq olmamalıdır.1.2.6. Ayrıca binası olan yeni tikilən məktəbəqədər təhsil müəssisəsi üçün torpaq sahəsinin ölçüsü 100 yerlik məktəbəqədər təhsil müəssisəsi üçün 1 yerə 35 m2, başqa təyinatlı tikilinin tərkibində təşkil edilmiş və 100 yerə qədər tutumu olan məktəbəqədər təhsil müəssisəsi üçün 1 yerə 29 m2 sahə hesabı ilə qəbul olunmalıdır. Tikililərin yüksək sıxlıq şəraiti olan iri şəhərlərdə binaların yenidən qurulması və mürəkkəb relyefli ərazidə sahənin təşkili zamanı onun ölçülərinin azaldılmasına sanitar-epidemioloji rəy olduqda yol verilir. 1.2.7. Torpaq sahəsi aşağıdakı funksional zonalara ayrılır:1.2.7.1. tikinti zonası;1.2.7.2. oyun zonası;1.2.7.3. təsərrüfat zonası.1.2.8. Tikinti zonasının tərkibinə ərazinin sərhədləri çərçivəsində yerləşdirilən məktəbəqədər təhsil müəssisəsinin əsas binası daxildir. Həmin ərazidə bu təhsil müəssisəsi ilə funksional əlaqəsi olmayan başqa təyinatlı idarələrin, tikililərin və müəssisələrin yerləşdirilməsinə yol verilmir.1.2.9. Məktəbəqədər təhsil müəssisəsinin binaları bir-birindən ayrılıqda layihələndirilir. Şəhərlərdə, çoxmərtəbəli tikililərin sıx yerləşdiyi ərazilərdə, eləcə də yeni salınan şəhərlərdə 140 yerdən artıq tutumu olmayan məktəbəqədər təhsil müəssisəsinin sərbəst giriş-çıxışa malik hasarlanmış ərazisi olmaq şərtilə, binalara bitişik tikilməsinə yol verilir. Məktəbəqədər təhsil müəssisəsinin binası yaşayış binasından əsaslı divarla ayrılmalıdır.1.2.10. Məktəbəqədər təhsil müəssisəsinin yaşıllıq ərazisinin sahəsi ümumi sahənin 50 faizindən az olmamalıdır.1.2.11. Sahənin perimetri boyunca eni 1,5 m, küçə tərəfdən isə 6 m olan ağac və kollardan ibarət yaşıllıq mühafizə zolağı yaradılır. Ağaclar məktəbəqədər təhsil müəssisəsinin binasından – 15 m, kollar isə – 5 m məsafədə əkilir. 1.2.12. Sahənin yaşıllaşdırılması üçün il ərzində yaşıl olan bitkilərdən istifadə edilir. Zəhərli məhsulları və tikanı olan ağac və kolların əkilməsinə yol verilmir. Hər il yaz mövsümündə kolların dekorativ budanması aparılır, alçaq və quru budaqlarla yanaşı, cavan zoğlar da kəsilir.1.2.13. Təbii işıqlanması olmayan və kifayət qədər insolyasiya ilə təmin edilməyən məktəbəqədər təhsil müəssisəsinin ərazisində oyun meydançalarının binadan və ya ərazidən 50 m-dən artıq olmayan məsafədə yerləşdirilməsinə yol verilir.1.2.14. Oyun zonasının tərkibinə aşağıdakılar daxildir:1.2.14.1. qrup oyun meydançaları (bu meydançalar hər bir qrup üçün fərdi qaydada olmaqla, 1 yaşlı körpə uşağa 7,5 m2-dən, məktəbəqədər yaşlı 1 uşaq üçün isə 9,0 m2-dən az olmayaraq qəbul edilir); 1.2.14.2. ümumi idman meydançası. 1.2.15. Qrup oyun meydançaları sahənin perimetri boyu keçən, eni 1,5 m olan dairəvi cığırla velosiped və xizək sürmək, eləcə də yol hərəkəti qaydalarını öyrənmək üçün) birləşir. Meydançalar yaşıl otla və ya döyəclənmiş süxurla örtülməli və toz yaratmamalıdır. Körpə yaşlı uşaqlar üçün meydançaların örtüyü kombinasiya edilməli, qum meydançalarının ətrafında otluq və kölgəlik talvarlar, döyəclənmiş torpaqla örtülən keçid olmalıdır. Körpə yaşlı uşaqlar üçün meydançalar həmin qrupun otaqlarının çıxışına bilavasitə yaxın yerləşdirilir. 1.2.16. Hər bir qrup oyun meydançasının ərazisində uşaqların günəşdən və yağıntıdan mühafizəsi üçün sahəsi 40 m2 olan kölgəsalan örtüklər quraşdırılır. Örtüklərin taxta döşəmələri torpaq səthindən 15 sm hündürlükdə yerləşdirilir. Binalara bitişik tikilən kölgəlik örtükləri qrupların otaqlarına kölgə salmamalıdır. 2 yaşa qədər olan körpələr üçün nəzərdə tutulmuş örtüklərin məktəbəqədər təhsil müəssisələrinin binalarına bitişik quraşdırılaraq, eyvan kimi istifadəsinə yol verilir. 1 yaşından 3 yaşına qədər körpə uşaqlar üçün meydançalarda oyun avadanlığı quraşdırılır. 1.2.17. Ərazidə meydançalar arasındakı məsafələr aşağıdakı kimi müəyyənləşdirilir:1.2.17.1. qrup oyun meydançaları ilə qrup oyun və ümumi idman meydançaları arasında 3 m-dən az olmayaraq;1.2.17.2. qrup oyun meydançaları və təsərrüfat zonası ilə ümumi idman meydançaları və təsərrüfat zonası arasında 6 m-dən az olmayaraq; 1.2.17.3. sahənin hasarı ilə qrup oyun və ya ümumi idman meydançaları arasında 2 m-dən az olmayaraq.1.2.18. Qrup oyun meydançaları kollarla əhatələnir.1.2.19. Ümumi idman meydançasının tərkibinə aşağıdakılar daxildir: 1.2.19.1. hərəkətli oyunlar üçün xüsusi avadanlıqlarla təchiz olunmuş zonalar;1.2.19.2. gimnastika avadanlığı və idman ləvazimatları olan zonalar;1.2.19.3. qaçış yolları; 1.2.19.4. uzunluğa tullanma üçün qum çalaları;1.2.19.5. maneəli zolaqlar.1.2.20. 150 yerə qədər tutumu olan məktəbəqədər təhsil müəssisələri üçün sahəsi 250 m2-dən az olmayan 1 ədəd idman meydançası, 150 yerdən artıq tutumu olan məktəbəqədər təhsil müəssisələri üçün isə sahəsi 150 m2 və 250 m2 olan 2 ədəd idman meydançası nəzərdə tutulur. 1.2.21. Avadanlıqlarla təchiz edilmiş hərəkətli oyunlar üçün idman zonasının örtüyü otla, qalan zonaların örtüyü isə bərk qruntla, taxta ilə və tətbiqinə icazə verilmiş digər örtüklərlə döşənir.1.2.22. İdman meydançalarının yaxınlığında dəyişən dərinliyi 0,4 m-dən 0,8 m-ə qədər, sahəsi 4m´8m və ya 6m´10m olan üzgüçülük hovuzlarının quraşdırılmasına yol verilir. Hovuzlarda 1 m enində ayaq vannası nəzərdə tutulur. 1.2.23. Uşaqlara üzgüçülük öyrədilməsi üçün nəzərdə tutulan qapalı hovuzların saxlanılması və istismarı qaydaları üzgüçülük hovuzlarının quruluşuna, istismarına və suyunun keyfiyyətinə dair gigiyenik tələblərə uyğun olmalıdır. 1.2.24. Təsərrüfat zonası torpaq sahəsinin sərhədində, qrup oyun və ümumi idman meydançalarından kənarda yerləşdirilərək, digər ərazidən yaşıllıqla ayrılır. Bu zona küçədən müstəqil girişlə təmin edilməli, qida bloku və camaşırxana ilə asan əlaqəyə malik olmalıdır.1.2.25. Mərkəzləşdirilmiş istilik sistemi olmadıqda, təsərrüfat zonasının ərazisində yanacaq çəni olan qazanxana yaradılmalıdır. Sanitariya-mühafizə zonasında yerli su təchizatı və kanalizasiya qurğuları, sahəsi 50 m2-dən artıq olmayan tərəvəz anbarı, paltarların qurudulması və xalça məmulatlarının təmizlənməsi üçün sahə yerləşdirilə bilər. 1.2.26. Təsərrüfat zonasında məişət və qida tullantılarının yığılması üçün zibil meydançası nəzərdə tutulmalıdır. Bərk örtüklü meydançada müxtəlif işarələrlə nişanlanmış qapaqlı konteynerlər yerləşdirilir. Zibil meydançasının sahəsi konteyner əsasının ölçülərindən hər tərəfə 1 m artıq olmalıdır. Zibilin və qida tullantılarının yığılması üçün digər qapalı konstruksiyalardan da istifadə edilə bilər.1.2.27. Məktəbəqədər təhsil müəssisəsinin ərazisinə girişlər və çıxışlar, keçidlər, təsərrüfat tikililərinə və zibil meydançalarına gedən cığırlar asfalt, beton və ya digər bərk örtüklərlə döşənməlidir. 1.3. Binalara olan tələblər 1.3.1. Binanın planlaşdırma quruluşuna dair tələblər uşaqlarla aparılan təlim-tərbiyə işlərinin məzmunu ilə müəyyən olunur.1.3.2. Yeni tikilən məktəbəqədər təhsil müəssisələrinin tutumu 350 yerdən, yaşayış binalarına bitişik və yaşayış binalarının tərkibində tikilən müəssisələrin tutumu isə 150 yerdən artıq olmamalıdır. Kənd yaşayış məntəqələri və şəhər tipli qəsəbələr üçün məktəbəqədər təhsil müəssi-sələrinin tutumu 140 yerdən artıq olmamalıdır.1.3.3. Məktəbəqədər təhsil müəssisəsinin əsas binasında aşağıdakı sahələr təşkil olunur:1.3.3.1. qruplar – ayrılıqda hər bir uşaq qrupuna məxsus təcrid olunmuş otaqlar;1.3.3.2. bir və ya bir neçə uşaq qrupları tərəfindən növbə ilə istifadə edilən və uşaqlarla məşğələlərin keçirilməsi üçün təcrid olunmuş ixtisaslaşdırılmış otaqlar;1.3.3.3. əlavə otaqlar (tibb kabineti, qida bloku, paltar yuyulan otaq);1.3.3.4. işçi heyəti üçün inzibati-məişət otaqları.1.3.4. Məktəbəqədər təhsil müəssisələrinin binaları 2 mərtəbədən artıq olmamalıdır. İri şəhərlərdə tikililərin sıxlığını və torpaq sahələrinin çatışmazlığını nəzərə alaraq, ərazi gigiyena və epidemiologiya mərkəzi ilə razılaşdırıldığı təqdirdə, məktəbəqədər təhsil müəssisələri binalarının 3 mərtəbə hündürlüyündə tikintisinə yol verilir. 3-cü mərtəbədə yalnız orta və böyük qrupların, zalların və uşaqlarla məşğələlərin aparılması üçün digər ixtisaslaşdırılmış otaqların, inzibati-məişət və rekreasiya sahələrinin yerləşdirilməsinə yol verilir. Körpələr qrupu 1-ci mərtəbədə, digər qruplar isə 2-ci mərtəbədə yerləşdirilir.1.3.5. Məktəbəqədər təhsil müəssisəsinin əsas otaqları yerüstü mərtəbələrdə yerləşdirilir. Zirzəmi və kürsü mərtəbələrində uşaqların qalması üçün otaqların və tibb kabinetinin yerləşdirilməsinə yol verilmir. Binaların zirzəmi və kürsü mərtəbələrinin istifadəsi müvafiq tikinti normalarının tələblərinə uyğun olaraq, eləcə də qrunt sularının səviyyəsi nəzərə alınmaqla həyata keçirilməlidir. 1.3.6. Binalar yer tutumundan asılı olaraq, yığcam, blokşəkilli və ya pavilyon strukturlu ola bilər. Həmin binalar bir neçə pavilyon korpusundan ibarət olub, bir-birindən ayrı və ya isidilən keçidlə birləşə bilər. İsidilməyən keçidlərə və qalereyalara yalnız isti iqlimi olan rayonlarda yol verilir.1.3.7. Məktəbəqədər təhsil müəssisəsinin əsas otaqlarının döşəmədən tavana qədər hündürlüyü 3 m olmalıdır.1.3.8. Binalara giriş iki tamburlu, isti iqlimli rayonlarda isə bir tamburlu qəbul edilməlidir. Tamburun dərinliyi 1,6 m-dən az olmamalıdır. Qismən şüşələnmiş daxili qapılar uşağın boyu səviyyəsində hər iki tərəfdən taxta reyka ilə haşiyələnir. Pilləkən məhəccərinin (üç və daha artıq pilləli) hündürlüyü 0,8 m təşkil edir. Körpələr qrupu otaqlarının girişi qarşısında uşaq arabalarının saxlanması üçün panduslar təşkil olunur. 1.3.9. Məktəbəqədər təhsil müəssisələri binalarının planlaşdırılma quruluşunda qrupların təcrid olunması prinsipinə riayət edilməlidir. Körpə yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qruplar sahədən müstəqil girişə malik olmalıdır. 2-ci mərtəbədə yerləşən qrupların uşaqları üçün və məktəbəqədər təhsil müəssisəsinin binasında yerləşməsindən asılı olmayaraq, tərkibi 4 qrupdan artıq olmayan məktəbəqədər yaşlı uşaqlar üçün ümumi girişin nəzərdə tutulmasına yol verilir.1.3.10. Qrupun tərkibinə soyunub-geyinmə otağı (körpələr üçün qəbul otağı), qrup (oyun) otağı, yataq otağı, bufet, sanitar qovşağı daxildir. 1 yaşına qədər körpələr üçün nəzərdə tutulan qəbul otağında valideynlərin soyunub-geyinməsi və südəmər uşaqların qidalanması üçün yerlər ayrılır. Bu qruplarda yataq otaqları şüşə arakəsmə ilə 2 zonaya ayrılmalıdır. 1.3.11. Qrup otaqlarının sahəsi aşağıdakı kimi olmalıdır:1.3.11.1. soyunub-geyinmə otağı (qəbul otağı) – 18 m2-dən az olmayaraq;1.3.11.2. qrup (oyun) otağı – 50 m2-dən az olmayaraq (körpələr qrupuna aid olan uşaqlar üçün hər uşağa 2,5 m2, yuxarı qruplara aid olan uşaqlar üçün isə hər uşağa 2,0 m2 hesabı ilə);1.3.11.3. bufet – 3,8 m2-dən az olmayaraq;1.3.11.4. yataq otağı – 50 m2-dən az olmayaraq (körpələr qrupuna aid olan uşaqlar üçün hər uşağa 1,8 m2, yuxarı qruplara aid olan uşaqlar üçün isə hər uşağa 2,0 m2);1.3.11.5. sanitar qovşağı – 16 m2-dən az olmayaraq (uşaqların hər birinə 0,8 m2-dən az olmayaraq). 1.3.12. Qrupları yuxarı mərtəbədə yerləşən uşaqlar üçün soyunub-geyinmə otaqları binanın 1-ci mərtəbəsində, hər qrup üçün ayrı-ayrı otaqlar olmaqla yerləşdirilir. 1.3.13. İstifadə olunan uşaq arabalarının, xizəklərin, velosipedlərin, oyuncaqların yerləşdirilməsi üçün binada xüsusi anbar otaqları nəzərdə tutulmalıdır. 1.3.14. Uşaqların qidalanması qrup otaqlarında təşkil olunur. Qrup otaqları bufetin qablarının yuyulması üçün isti və soyuq su xətti çəkilmiş 3 hissəli yuma vannası ilə təchiz edilir. Köhnə tipli məktəbəqədər təhsil müəssisələrində 2 hissəli vannanın quraşdırılmasına yol verilir.1.3.15. Məktəbəqədər təhsil müəssisəsinin binasında otaqların pəncərələrinin istiqaməti üfüqün cəhətləri üzrə 1nömrəli cədvəldə göstərilən qaydada yerləşdirilməlidir: 1 nömrəli cədvəl 45° cənub istiqamətində əlverişli yol verilən (azimutlarda)Qrup (oyun) otaqları cənub 250- dən 335°-yə qədərYataq otaqları şimal istənilənMusiqi və idman məşğələləri üçün zallar, izolyatorlar cənub istənilənMətbəx, tədarük və hazırlıq sexləri şimal istənilənGəzinti eyvanı - istənilən1.3.16. Otaqların həddən artıq isidilməsinin məhdudlaşdırılması üçün qrup (oyun) və yataq otaqlarının, zalların, izolyatorların, mətbəxlərin, ərzağın tədarükü və emalı sahələrinin pəncərələri günəşdən mühafizə vasitələri ilə təchiz olunmalıdır.1.3.17. Bütün qrup (oyun) və yataq otaqlarının, eləcə də mətbəx, camaşırxana, paltarların qurudulması və ütülənməsi otaqlarının pəncərələri nəfəsliklərlə təchiz edilməlidir.1.3.18. Ümumilikdə, metal tor çəkilmiş pilləkən məhəccərinin hündürlüyü 1,5 m, uşaqlar üçün tutacaqların hündürlüyü 0,5 m, böyüklər üçün isə 0,85 m səviyyəsində olmalıdır. Pilləkən məhəccərində şaquli elementlər arasındakı məsafə 0,1 m-dən artıq olmayaraq, üfüqi bölgülərə yol verilmədən qəbul olunur. 1.3.19. Tualet sahəsi sanitar qovşağı və yuyunma zonasına bölünür. Yuyunma zonasında uşaqlar üçün əlüzyuyanlar və duş üçün forması dəyişən duş altlıqları yerləşdirilir. Sanitar qovşağı zonasında unitazlar quraşdırılır. Duş cihazları elastik rezin boru ilə təchiz olunmalıdır.1.3.20. Məktəbəqədər təhsil müəssisələrində orta qrupa aid olan uşaqlar üçün əlüzyuyanların döşəmədən cihaza qədər hündürlüyü 0,4 m, böyük və məktəbəhazırlıq qruplarına aid olan uşaqlar üçün 0,5 m, duş altlıqları üçün isə 0,3 m təşkil edir.1.3.21. Körpələr qrupları üçün tualet zonası bir otaqda yerləşdirilir. Bu zona daimi isti və soyuq su ilə təmin olunan 3 ədəd əlüzyuyanla, işçi heyəti üçün bir ədəd əlüzyuyanla, güvəclər üçün rəflər, çirkabların təmizlənməsi üçün kanalizasiya axın sistemi, uşaq vannası və təsərrüfat şkafı ilə təchiz olunur.1.3.22. Körpələr qruplarında uşaqlar üçün 4 ədəd, orta və böyük qruplarda uşaqlar üçün 1 ədəd əlüzyuyan, 4 ədəd uşaq unitazı, 1 ədəd dəsmalqurudan cihaz quraşdırılır.1.3.23. Məktəbəhazırlıq qruplarında uşaqlar üçün 4 ədəd, orta və böyük qruplarda isə uşaqlar üçün 1 ədəd əlüzyuyan, 4 ədəd uşaq unitazı, 1 ədəd dəsmalqurudan cihaz quraşdırılır. Uşaq unitazları cəftəsiz bağlanan kabinələrdə quraşdırılır. Uşaq unitazı üçün nəzərdə tutulan kabinənin ölçüsü 1,0 m´0,75 m, kabinə divarının döşəmədən hündürlüyü 1,2 m, döşəmədən məsafəsi isə 0,15 m təşkil edir.1.3.24. Məktəbəhazırlıq qruplarında qızlar və oğlanlar üçün ayrıca tualet zonaları nəzərdə tutulmalıdır. İşçi heyəti üçün sanitar qovşağı olmadığı hallarda uşaqların tualet zonasında onlar üçün xüsusi kabinə nəzərdə tutulmalıdır.1.3.25. Məktəbəqədər təhsil müəssisəsinin binasında hər birinin sahəsi layihə tapşırığı ilə müəyyənləşdirilən musiqi və idman məşğələləri üçün 2 zal nəzərdə tutulmalıdır. Tutumu 100 yerədək olan binada idman və musiqi məşğələləri üçün ümumi zalın təşkilinə yol verilir. İdman və musiqi məşğələləri üçün nəzərdə tutulan zallarda tədbirlər və məşğələlər yalnız 2 qrup üçün təşkil edilir. Zallar keçid funksiyasını daşımamalıdır. Zalların döşəməsi cüzi istilik keçiriciliyinə malik örtüklə (parket, taxta lövhələr, isti əsaslı linoleum) döşənməlidir. Zalların nəzdində idman avadanlıqlarının və musiqi alətlərinin saxlanılması üçün sahəsi 6 kv.m-dən az olmayan anbar otağı nəzərdə tutulur.1.3.26. Məktəbəqədər təhsil müəssisələrinin binalarında isidilən gəzinti eyvanlarından idman məşğələlərinin keçirilməsi üçün istifadə edilməsinə yol verilir.1.3.27. Məktəbəqədər təhsil müəssisələrinin binalarında kompyuter məşğələləri üçün xüsusi otaqlar nəzərdə tutulur. Kompyuterlə iş üçün nəzərdə tutulan otaqların əlverişli səmti şimal və şimal-şərq istiqamətləridir.1.3.28. Məktəbəqədər təhsil müəssisələrinin binalarında ölçüləri 3 m´6 (7) m və ya 6 m´10 (12,5) m, dəyişən dərinliyi isə 0,6m-0,8m olan vannalı üzgüçülük hovuzunun yerləşdirilməsinə yol verilir. Vannanın perimetri boyunca eni 0,75 m, duş kabinələrinin çıxış tərəfindən isə 1,5 m olan dolayı yollar nəzərdə tutulur. Duş kabinələrindən çıxışlarda uzunluğu və eni 0,8 m, dərinliyi isə 0,1 m olan ayaq vannası quraşdırılır. Hovuz otaqlarının tərkibinə vannalı zal otağı, duş və tualetli iki soyunub-geyinmə otağı, məşqçi otağı, tibb bacısı otağı, suyun müayinəsi üçün laboratoriya, idarəetmə qovşağı, xidmət və texniki otaqlar (xlorlama otağı və anbar) daxildir. 1.3.29. Məktəbəqədər təhsil müəssisələrində tutumundan asılı olmayaraq tibb kabineti, prosedur otağı və izolyatordan ibarət tibb bloku nəzərdə tutulmalıdır. Tibb bloku binanın birinci mərtəbəsində, binaya girişin bilavasitə yaxınlığında təşkil edilir. Tibb kabineti dəhlizdən sərbəst girişə malik olmalı və izolyatorun palatalarından biri ilə bitişik yerləşdirilməlidir. Tibb otaqlarının tərkibinə və sahəsinə dair tələblər 2 nömrəli cədvəldə göstərilmişdir: 2 nömrəli cədvəl Otaqlar Məktəbəqədər təhsil müəssisəsinin tutumu və sahələr (m2-lə) 150 yerə qədər 150 yerdən 280 yerə qədər 280 yerlik və daha artıqTibb kabineti 12 12 12Prosedur otağı 8 8 8İzolyator: - qəbul 4 4 6- palata 4 6 12 (6 + 6)Dezinfeksiyaedici vasitələrinhazırlanması otağı ilə birgə tualet 6 6 6 1.3.30. İzolyatorun tərkibinə qəbul otağı, palatalar və sanitar qovşağı daxildir. İzolyatorun palatalarında yerlərin sayı müəssisənin ümumi yerlərinin 1,5 faizini təşkil edir. İzolyator ən azı 2 yoluxucu xəstəlik üçün nəzərdə tutulmalıdır. İzolyatorun palatalarında bir və ya iki çarpayı qoyulur. Onlar yalnız təcrid olunmuş otaqlarda yerləşdirilir. İzolyatorun qəbul otağında qidanın paylanması, qabların yuyulması və saxlanması üçün sahə ayrılmalıdır. 1.3.31. Uyğunlaşdırılmış məktəbəqədər təhsil müəssisələrində tibb kabinetindən və izolyatordan ibarət tibb blokunun təşkil olunmasına yol verilir. 1.3.32. Məktəbəqədər təhsil müəssisələrinin binalarında sahəsi 12-18 m2 olan zal və xidməti giriş nəzərdə tutulmalıdır. İnzibati-məişət otaqlarının tərkibinə sahəsi 12 m2-dən az olmayan metodik kabinet daxildir. İnzibati-məişət otaqlarının tərkibi və sahələrinə qoyulan tələblər 3 nömrəli cədvəldə göstərilmişdir: 3 nömrəli cədvəl Otaqlar Müəssisənin tutumundan və qrupların sayından asılı olaraq sahə (m2-lə) 50-dək(1-2 qruplu) 140-dək(4-6 qruplu) 240-dək(8-9 qruplu) 330-dək(12-14 qruplu)Müdirin kabineti 10 10 9 9Təsərrüfat üzrə müavinin kabineti - - 6 6Təsərrüfat anbarı 4 5 8 12Təmiz ağlar üçün anbar 4 6 8 10Xidmətçi otağı - - - 6Xarratlıq emalatxanası - - 12 12İşçi heyətin yeməkxanası - - - 10İşçi heyət üçün tualet 3 3 6 6 1.3.33. Məktəbəqədər təhsil müəssisəsinin binasında ərzaq məhsulu və ya yarımfabrikatlarla işləyən qida bloku nəzərdə tutulmalıdır. Qida bloku birinci mərtəbədə yerləşdirilməlidir. İstehsal otaqlarının və ərzaq məhsulları (quru, dənəvər) saxlanan anbarların zirzəmilərdə və ya yarımzirzəmilərdə yerləşdirilməsinə yol verilmir.1.3.34. Ərzaq məhsulu ilə işləyən qida blokunun tərkibinə isti sex, paylama sahəsi, soyuq qəlyanaltılar sexi, ət-balıq sexi, tərəvəzlərin ilkin emalı sexi, tərəvəz sexi, mətbəx qablarının yuyulması otağı, quru ərzaq məhsulları anbarı, tərəvəz anbarı, soyuducu kamera olan tez və xüsusilə tez xarab olan məhsulların saxlanması anbarları (ət və balıq, qastronomiya məhsulları, yağ-süd məhsulları və meyvələr üçün), yük və qablaşdırma avadanlığının yuyulma sahəsi, heyət otağı, soyunub-geyinmə otağı, heyət üçün duş otağı və sanitar qovşağı daxildir.1.3.35. Qida bloku otaqlarının planlaşdırma quruluşu çiy və hazır qida məmulatlarının qarşılıqlı axınını istisna edən texnoloji proseslərin ardıcıllığını nəzərdə tutmalıdır.1.3.36. Yarımfabrikatlarla işləyən qida blokunda arakəsmə ilə bir-birindən təcrid olunmuş soyuq və isti qəlyanaltı sexləri, quru və ədədi ərzaq məhsullarının saxlanılması üçün otaq, məhsullar saxlanılan soyuducu kameraların yerləşdiyi otaqlar, mətbəx qablarının yuyulması otağı, məhsulların yüklənmə sahəsi və əvəzlənən qablaşdırma avadanlığının yuyulma sahəsi nəzərdə tutulmalıdır. Yarımfabrikatlarla işləyən qida bloku təmizlənmiş tərəvəz və yüksək hazırlıq vəziyyətində olan yarımfabrikatlar almalıdır. 1.3.37. Mətbəx qablarının və qablaşdırma avadanlığının yuyulmasının eyni otaqda təşkilinə yol verilmir. Quru ərzaq məhsulları və tərəvəz anbarları, eləcə də soyuducu kameralar mətbəxdən təcrid olunmalıdır. Yuma sahələri, duş otaqları və sanitar qovşaqları, eləcə də çirkab sularının axını sistemi olan istehsal sahələrinin altında anbar otaqlarının və soyuducuların yerləşdirilməsinə yol verilmir.1.3.38. Tutumu 190 yer və daha artıq olan şəhər məktəbəqədər təhsil müəssisələrində qidanın 2-ci və 3-cü mərtəbələrə şaquli daşınması üçün mexaniki yükqaldırıcı vasitələr nəzərdə tutulmalıdır.1.3.39. Qida bloku otaqlarında elektriklə işləyən avadanlıqlar quraşdırılır. Texnoloji avadanlıqlar elə yerləşdirilməlidir ki, onlara sərbəst müdaxilə təmin olunsun və texniki təhlükəsizlik qaydalarına əməl edilsin.1.3.40. Mətbəxin, ağlar yuyulan otaqların və sanitar qovşaqlarının pəncərələrinin qrup (oyun) və yataq otaqlarının pəncərələri altında yerləşdirilməsinə yol verilmir.1.3.41. 50 yerədək tutumu olan məktəbəqədər təhsil müəssisələrində ağların yuyulması üçün bir otaq, 50 yerdən artıq tutumu olan məktəbəqədər təhsil müəssisələri üçün isə 2 otaq (yuma və ütüləmə otaqları) nəzərdə tutulur. Yuyulma və ütüləmə otaqları bitişik olsa da, çirkli ağların qəbulu və təmiz ağların verilməsi üçün girişlər (və ya pəncərələr) bir-birindən ayrı yerləşdirilməlidir. Qrupların və qida blokunun qarşısında yuyulma otağına giriş qapısının qoyulmasına yol verilmir. Ağların yuyulması sahəsinin tərkibi və sahələri 4 nömrəli cədvəldə təsvir olunmuşdur: 4 nömrəli cədvəl Otaqlar Məktəbəqədər təhsil müəssisəsində yerlərin sayı nəzərə alınmaqla, otaqların sahəsi (m2-lə)Hazırlıq otağı 50 (2 otaqlı) 95 (4 otaqlı) 140 (6 otaqlı) 190 (7 otaqlı) 280 (12 otaqlı) 330 (14 otaqlı)Yuyulma otağı 12 14 14 16 18 18Ütüləmə otağı - 10 10 12 12 12Yekun 12 24 24 28 30 30 1.3.42. Otaqların yerləşməsi planının dəyişdirilməsi və ya onların öz funksional təyinatına görə istifadə olunmaması uşaqların müəssisədə qalma şəraitinə, sağlamlıq vəziyyətinə və təlim-tərbiyə prosesinə mənfi təsir göstərməməlidir. Yalnız sanitar-epidemioloji rəyin olduğu təqdirdə, bu struktur dəyişikliklərinin həyata keçirilməsinə yol verilir. 1.4. Otaqların daxili tamamlama işlərinə dair tələblər 1.4.1. Məktəbəqədər təhsil müəssisələri binalarının otaqlarının divarları hamar, nəm üsulla təmizlənməsinə və dezinfeksiyasına şərait yaradan örtüyə malik olmalıdır.1.4.2. Qida blokunda mətbəxin, bufetin, tərəvəz anbarının, soyuducu kameraların, vannalı hovuzların, duş kabinələrinin, ağlar yuyulan otağın, ütüləmə otağının və sanitar qovşaqlarının divarları 1,5 m hündürlüyündə səthi minalanmış keramik plitələrlə, vannaların və qida blokunun tədarük sahələrinin divarları isə 1,8 m hündürlüyündə üzlənməlidir. 1.4.3. Üfüqün cənub səmtində yerləşən otaqlarda işığı əksetmə əmsalı 0,7-0,8 olan solğun və soyuq tonlu (solğun mavi, solğun yaşıl), şimal səmtində yerləşən otaqlarda isə əksetmə əmsalı 0,6-0,7 olan isti tonlu (solğun sarı, solğun çəhrayı, bej) boyalar və bəzək materialları tətbiq edilir. Otaqların ümumi sahəsinin 25 faizindən artıq olmaması şərtilə, müxtəlif elementlərin daha parlaq rənglə boyanmasına yol verilir. Musiqi və gimnastika məşğələləri keçirilən otaqların divar səthləri işığı əksetmə əmsalı 0,6-0,8 olan açıq tonlu boyalarla rənglənməlidir. 1.4.4. Adi istismar rejimli otaqlarda tavanların boyanması üçün tabaşirli və ya əhəngli ağardıcı məhlullardan istifadə edilir. Eyni zamanda, su-emulsiya boyalarının tətbiqinə də yol verilir. Yüksək rütubət yaranan otaqların tavanları (qida blokunun istehsal sexləri, duş kabinələri, ağların yuyulması otaqları, əlüzyuma otaqları, sanitar qovşaqları) yağlı boyalarla rənglənir.1.4.5. Otaqların döşəmələri hamar, sürüşməyən, dəliksiz və qüsursuz olmalı, plintuslar divara və döşəməyə kip bərkidilməlidir. 1.4.6. 1-ci mərtəbədə yerləşən qrup (oyun) otaqlarının döşəmələri isidilməlidir. Əsas otaqlarda döşəmə materialı kimi taxtadan istifadə olunur (yağlı boyalarla rənglənmiş taxta döşəmələr və ya parket lövhələr). Döşəmələrin asan yuyulan və dezinfeksiya edilən, eləcə də müvafiq sertifikata malik olan sintetik polimer materiallarla döşənməsinə yol verilir. 1.4.7. Qida bloku otaqlarında, yuma və ütüləmə sahələrində, yardımçı təsərrüfat otaqlarında, duş kabinələri və sanitar qovşaqlarında döşəmələr keramik və ya cilalanmış mozaik metlax plitələrlə döşənməlidir. 1.4.8. Duş kabinələrində, ağlar yuyulan otaqlarda, qida blokunun istehsal sahələrində döşəmənin səthinə suyun axıdılmasını təmin edən maili traplar quraşdırılmalıdır. 1.5. Otaqların təbii və süni işıqlandırılmasına dair tələblər 1.5.1. Məktəbəqədər təhsil müəssisələri binalarının əsas otaqları təbii işıqlanmaya malik olmalıdır.1.5.2. Əsas otaqların qeyri-bərabər təbii işıqlanması 3:1 nisbətindən artıq olmamalıdır. Təbii işıqlanma əmsalı göstəricisi qrup (oyun) və yataq otaqlarında, tibb kabinetində, izolyatorun palatalarında, idman və musiqi məşğələləri otaqlarında, kompyuter sinfində 1,5 faizdən, soyunub-geyinmə otağında isə 1 faizdən az olmayaraq qəbul edilir. Həyətdə yerləşən bufetdə, anbar otağında və sanitar qovşağında təbii işıqlanmanın olmamasına yol verilir.1.5.3. Qrup (oyun) və yataq otaqlarında işıqdüşmə mənbələri günəşdən mühafizə olunmaq üçün tənzimlənən qurğularla təchiz edilir. Günəşdən mühafizə qurğuları kimi daxili, şüşəarası, xarici və şaquli istiqamətli jalüzlərdən istifadə olunur. Jalüz üçün istifadə edilən material suya, yuyucu və dezinfeksiya vasitələrinə qarşı davamlı olmalıdır. Qrup otaqlarının pəncərəsində asılan pərdələr (jalüz) təbii işıqlanmanı azaltmamalıdır. Uşaqlar yatan zaman yataq otaqlarında pərdələrin bağlanmasına yol verilir. Qalan vaxtlarda isə otaqların insolyasiyasının təmin edilməsi üçün pərdələr açıq vəziyyətdə saxlanır. 1.5.4. Birtərəfli işıqlanma zamanı qrup (oyun) otaqlarının işıq düşən istiqamətdən uzunluğu 6 m-dən çox olmamalıdır.1.5.5. Pəncərə altlıqlarında təbii işıqlanma səviyyəsini azaldan enliyarpaqlı güllərin və bitkilərin yerləşdirilməsinə yol verilmir. Güllərin hündürlüyü 15 sm-dən artıq olmamalıdır. Güllər divardan asılmış vəziyyətdə və döşəmədən 65-70 sm hündürlükdə olan dibçəklərdə və ya təbii guşələrdə yerləşdirilməlidir.1.5.6. Kifayət qədər təbii işıqlanma olmayan şəraitdə keçirilən məşğələlər zamanı əlavə süni işıqlanma təmin edilməlidir.1.5.7. Süni işıqlanma mənbələri bütün otaqların kafi dərəcədə və bərabər işıqlanmasını təmin etməlidir. Lüminessent işıqlanmaya üstünlük verilməlidir. Əsas otaqlarda süni işıqlanma normativləri (lüminessent lampalarından istifadə zamanı) 5 nömrəli cədvəldə göstərilmişdir: 5 nömrəli cədvəl Otaqlar İşıqlanma, lx (az olmayaraq) İşıqlanma normasının aid olduğu səthlərSoyunub-geyinmə (qəbul otağı) 200 döşəmədəQrup (oyun), kompyuter otağı 300 döşəmədən 0,5 m səviyyədə üfüqi səthYataq otağı, eyvan 75 döşəmədən 0,5 m səviyyədə üfüqi səthMusiqi və idman məşğələləri üçün zal 200 döşəmədəSanitar qovşağı 75 döşəmədəBufet 200 döşəmədən 0,8 m səviyyədə üfüqi səthHəkim otağı 300 döşəmədən 0,8 m səviyyədə üfüqi səthİzolyator 200 döşəmədən 0,5 m səviyyədə üfüqi səth 1.5.8. Közərmə lampalarından istifadə olunan zaman işıqlanma normaları iki dəfə azalır.1.5.9. İşıqlandırıcı armatur işığın bərabər paylanmasını təmin etməlidir. Lampaların seçimi və çıraqların yerləşdirilməsi (lüminessent lampalarından istifadə zamanı) 6 nömrəli cədvələ uyğun həyata keçirilməlidir: 6 nömrəli cədvəl Otaqlar İşıqlanma sistemi İşıq mənbəyinin yerləşdirilməsiQrup (oyun), soyunub-geyinmə otaqları ümumi bərabər paylanan otağın uzun tərəfində sıraların, masalarınparalel olaraq yerləş-dirilməsi boyuncaYataq otaqları, eyvan-lar ümumi bərabər + növ-bətçi (gecə) avadanlığın yerləşməsi boyuncaMusiqi və idman məş-ğələləri üçün zal ümumi bərabər paylanan istənilənİzolyator ümumi bərabər paylanan giriş və şkaflar boyunca 1.5.10. Közərmə lampalarından istifadə zamanı işıqlanmanın səviyyəsi 150 lx-dən az olmamalıdır. Közərmə lampaları şamdan tipli mühafizə armaturu ilə təchiz edilməlidir.1.5.11. Kompyuterlə məşğələlər keçirilən otaqlarda süni işıqlanma işığın ümumi bərabər paylanması sistemləri ilə təmin edilir.1.5.12. Bir otaqda eyni zamanda lüminessent və közərmə lampalarından istifadə edilməməlidir. Yeni tipli lampalardan və çıraqlardan istifadəyə yalnız onlar qanunvericiliklə müəyyən edilmiş texniki tələblərə uyğun olduğu zaman icazə verilir.1.5.13. Uşaqların daim olduğu otaqlarda qapalı elektrik açarları və rozetkalar döşəmə səviyyəsindən 1,8 m hündürlükdə quraşdırılmalıdır. İdman zallarında çıraqlar və pəncərələr mühafizə qurğuları ilə təchiz edilməlidir.1.5.14. Soyuq iqlimli rayonlarda əsas otaqların ümumi işıqlanma sistemində ultrabənövşəyi şüalanma mənbələri quraşdırıla bilər.1.5.15. Süni işıqlandırma mənbələri işlək vəziyyətdə saxlanılmalıdır. Səs-küy yaradan lüminessent lampaları təcili olaraq yenisi ilə əvəzlənməlidir. Sıradan çıxmış və yanmış lüminessent lampaları xüsusi ayrılmış sahədə yığılır və məktəbəqədər təhsil müəssisəsinin ərazisindən kənarlaşdırılır.1.5.16. Pəncərə şüşələrinin, mühafizə armaturunun və çıraqların təmizlənməsi ildə 2 dəfədən az olmayaraq həyata keçirilməlidir.1.5.17. Qida blokunun istehsal sahələrində işıqlanma mənbələrinin bişirilmə sobaları, texnoloji avadanlıqlar və emal masaları üzərində yerləşdirilməsinə yol verilmir. İşıqlandırma cihazları mühafizə armaturuna malik olmalıdır. 1.6. İsidilmə və ventilyasiya sistemlərinə dair tələblər 1.6.1. Məktəbəqədər təhsil müəssisələrinin binaları ictimai binalarda havanın isidilməsinə, ventilyasiyasına və soyudulmasına dair layihələndirmə normalarına müvafiq olaraq, mərkəzləşdirilmiş istilik və ventilyasiya sistemləri ilə təchiz edilir. 1.6.2. Məktəbəqədər təhsil müəssisələrinin binalarının istiliklə təchizatı yaşayış məntəqəsinin mərkəzi istilik şəbəkəsindən nəzərdə tutulmalıdır. Fərdi və ya qazla işləyən istilik sistemlərinin tətbiqinə də yol verilir. Kənd yerlərində birmərtəbəli təkmilləşdirilməmiş məktəbəqədər təhsil müəssisələrinin binalarında dövlət sanitar-epidemioloji nəzarət orqanları və yanğından mühafizə müfəttişliyi ilə razılaşdırılaraq, fərdi sobalar vasitəsilə otaqların isidilməsinə yol verilir. Dəmir sobaların quraşdırılmasına icazə verilmir. 1.6.3. Qızdırıcı cihazlar kimi radiatorlardan və beton panellərdə quraşdırılmış boruşəkilli qızdırıcı elementlərdən istifadə olunur.1.6.4. Qızdırıcı cihazların səthinin temperaturu 80°C-dən artıq olmamalıdır. Uşaqlarda yanıq və zədələnmə hallarının qarşısını almaq üçün istilik cihazları sökülə bilən taxta şəbəkələrlə bağlanmalıdır. Mühafizə məqsədi ilə taxta-yonqarlı plitələrdən və digər polimer materiallardan istifadəyə yol verilmir. 1.7. Su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər 1.7.1. Məktəbəqədər təhsil müəssisələrinin binaları şəhər və kənd yaşayış məntəqələrinin planlaşdırılmasına və tikintisinə dair tələblərə uyğun olaraq, təsərrüfat-içməli, yanğın əleyhinə, isti su, kanalizasiya və su axıdılma sistemləri ilə təchiz edilir.1.7.2. Məktəbəqədər təhsil müəssisələri qüvvədə olan sanitar-epidemioloji tələblərə və standartlara uyğun olaraq keyfiyyətli içməli su ilə təmin edilməlidir.1.7.3. Məktəbəqədər təhsil müəssisəsinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemləri olmalıdır.1.7.4. Mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkələri olmadığı hallarda, yerli su təchizatı və kanalizasiya sistemlərinin seçiminə və quraşdırılmasına yalnız müsbət sanitar-epidemioloji rəy olduqda yol verilir.1.7.5. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan rayonlarda yerləşən məktəbəqədər təhsil müəssisələri həyətdə çirkab quyusu tikilməklə, daxili kanalizasiya sistemi ilə təchiz edilir. Yaranan çirkab suları ümumi təmizləyici qurğulara axıdılır və ya yerli təmizləyici qurğularda zərərsizləşdirilir.1.7.6. Mətbəx, bufet, uşaqlar və işçi heyəti üçün sanitar qovşaqları, camaşırxana, izolyator və tibb təyinatlı digər otaqlar, əlüzyuyanlar və təsərrüfat ehtiyacları üçün ayrılmış otaqlar daimi isti və soyuq su ilə təchiz edilməlidir.1.7.7. Mərkəzləşdirilmiş su təchizatı olmayan hallarda qida blokuna, izolyatora və tibb təyinatlı digər otaqlara, camaşırxanaya, bütün qrupların sanitar qovşaqlarına suyun mexaniki yolla (nasoslar vasitəsilə) verilməsi təmin edilməlidir. Əlüzyuyanlara və duş kabinələrinə verilən suyun temperaturu 37°C-dən aşağı və 60°C-dən yuxarı olmamalıdır.1.7.8. İsti su təchizatı sisteminə qəbul otağında və soyunub-geyinmə otaqlarında yerləşən, şkaflarda paltarların və ayaqqabıların qurudulması üçün quraşdırılmış qızdırıcı cihazlar, eləcə də sanitar qovşaqlarındakı dəsmalqurudanlar da birləşdirilməlidir.1.7.9. Məktəbəqədər təhsil müəssisələrində fərdi isti su təchizatı sistemlərinin təşkilinə yol verilir. 2. Ümumi təhsil müəssisələri 2.1. Ümumi müddəalar 2.1.1. Ümumi təhsil müəssisələrinin binaları şəhərlərin məhəllədaxili ərazilərindən, nəqliyyat vasitələrinin müntəzəm hərəkət etdiyi magistral yollardan və məhəllələrarası keçidlərdən 100-170 m məsafədə yerləşdirilir.2.1.2. Yaşayış, istehsalat, tibb müəssisələrindən, nəqliyyat vasitələrinin saxlanılması və xidməti obyektlərindən ümumi təhsil müəssisələrinə qədər məsafələr şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılmasına və tikilib abadlaşdırılmasına dair normalara uyğun müəyyənləşdirilir. 2.2. Torpaq sahəsinə dair tələblər 2.2.1. Ümumi təhsil müəssisələrinin tikintisi üçün torpaq sahəsi müəssisənin binasından qırmızı xəttə qədər məsafə 25 m-dən az olmayaraq nəzərdə tutulur.2.2.2. Torpaq sahəsinin ölçüləri ümumi təhsil müəssisəsinin şagird tutumundan asılı olaraq, kənd və şəhər məntəqələrinin planlaşdırılmasına və tikintisinə dair normaların tələblərinə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilir:2.2.2.1. 40-dan 400-dək hər bir şagird üçün 50 m²;2.2.2.2. 400-dən 500-dək hər bir şagird üçün 60 m²;2.2.2.3. 500-dən 600-dək hər bir şagird üçün 50 m²;2.2.2.4. 600-dən 800-dək hər bir şagird üçün 40 m²;2.2.2.5. 800-dən 1100-dək hər bir şagird üçün 33 m²;2.2.2.6. 1100-dən 1500-dək hər bir şagird üçün 21 m²; 2.2.2.7. 1500-dən 2000-dək hər bir şagird üçün 17 m²; 2.2.2.8. 2000-dən çox hər bir şagird üçün 16 m². 2.2.3. Ayrılmış sahənin ən azı 50 faizi yaşıllıq sahə kimi nəzərdə tutulur.2.2.4. Ümumi təhsil müəssisəsi üçün ayrılmış torpaq sahəsi tədris-təcrübə, bədən tərbiyəsi və idman, istirahət və təsərrüfat zonalarına ayrılır.2.2.5. Tədris-təcrübə zonası ümumi sahənin 25 faizindən artıq olmayan ərazisini təşkil edir. Layihədə nəzərdə tutulmuş ümumi təhsil müəssisəsində şagirdlərin sayından asılı olaraq biologiya, kimya və fizika fənləri üzrə laboratoriyalar planlaşdırılarsa, tədris-təcrübə zonasının sahəsi azaldıla bilər. 2.2.6. Bədən tərbiyəsi və idman zonasının meydançaları binadan ən azı 25 m məsafədə yaşıllıq zolağının arxasında yerləşdirilir.2.2.7. İstirahət zonası təsərrüfat zonasından ayrı, bağların və yaşıllıqların əhatəsində yerləşdirilir. Bu zona hərəkətli oyunlar və sakit istirahət üçün nəzərdə tutulan meydançalardan ibarət olur.2.2.8. Təsərrüfat zonasına küçədən sərbəst giriş nəzərdə tutulur. 2.2.9. Layihələndirilən ümumi təhsil müəssisəsinin ərazisi yerin səthində 10 lx-ə bərabər olan işıqlanma norması təmin olunmaqla, xarici işıqlandırma sistemi ilə təchiz edilir.2.2.10. Kənd yaşayış məntəqələrində layihələndirilən ümumi təhsil müəssisələrinin torpaq sahələri kiçikqabaritli kənd təsərrüfatı texnikasının, bağ və bostan ləvazimatlarının saxlanılması üçün nəzərdə tutulan otaqların, istixanaların və oranjereyaların hesabına genişləndirilə bilər. 2.3. Binalara olan tələblər 2.3.1. Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sahəsi 36-42 m2 olmaqla təşkil edilir.2.3.2. Ümumi təhsil müəssisələrinin binalarının hündürlüyü əsasən 3 mərtəbədən artıq nəzərdə tutulmur. Lakin şəhərdə binaların sıxlıq təşkil etdiyi zonalarda 4 mərtəbəli ümumi təhsil müəssisələri yerləşdirilə bilər.2.3.3. Ümumi təhsil müəssisəsi uyğunlaşdırılmış binada yerləşdiyi zaman otaqların tərkibi və sahələri müəyyən edilərkən, hər bir konkret halda, ümumi təhsil müəssisəsinin növü, şagirdlərin sayı və yaş həddi, siniflərin sayı və digər amillər nəzərə alınır.2.3.4. Otaqların tərkibi və sahəsi milli və regional xüsusiyyətlər nəzərə alınmaqla, əsas dərs fənlərinin dərindən tədrisi üçün lazımi şərait yaradılmasını əks etdirir. Tədris prosesi aparılan sinif otaqlarının səs-küylü yerlərdən və pis qoxulu laboratoriyalardan uzaq məsafədə yerləşdirilməsi nəzərdə tutulur. 2.3.5. 180, 220, 360, 480 və 640 şagird yerlik ümumi təhsil müəssisələrində hər birinin sahəsi 54 m2 olmaqla, 1 kimya, 1 fizika və 1 biologiya laboratoriya otaqları nəzərdə tutulur. 2.3.6. Şagird yerlərinin sayı 640-dan artıq olan ümumi təhsil müəssisələrində hər birinin sahəsi 54 m2 olmaqla, 2 kimya, 2 fizika və 2 biologiya laboratoriya otaqları nəzərdə tutulur. 2.3.7. Ümumi təhsil müəssisələrində şagird yerlərinin sayından asılı olmayaraq, sahəsi 18 m2 olan bir texniki otaq nəzərdə tutulur. 2.3.8. Məktəb direktorunun otağı sahəsi qəbul otağı ilə birlikdə 54 m2, direktor müavinlərinin (2 müavin) otaqları isə sahəsi 18 m2 olmaqla nəzərdə tutulur. Ümumtəhsil məktəbində müəllimlər otağının sahəsi isə məktəbin neçə şagird yerlik olmasından asılı olaraq, 36-60 m2 arasında dəyişir. 2.3.9. Sinif otaqları dəhlizə nisbətdə sol tərəfdə birtərəfli yerləşdirilir. Dəhlizin eni 3,6 m, uzunluğu isə layihəyə uyğun olaraq planlaşdırılır. 2.3.10. Bəzi dağ rayonlarının kənd ümumtəhsil məktəblərində torpaq sahəsinin relyefindən asılı olaraq, zirzəmi planlaşdırıla bilər.2.3.11. Tədris otaqları layihələndirilərkən işçi zona, müəllimin iş zonası, əyani-tədris və texniki-tədris vasitələri yerləşdirilən əlavə sahə, şagirdlərin fərdi məşğələləri və aktiv fəaliyyəti zonaları nəzərdə tutulur.2.3.12. Dərslər üzbəüz siniflərdə keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 m2, qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 3,5 m2 sahə ilə hesablanır.2.3.13. Şagirdlərin işçi zonasının münasib ölçüləri onların görmə bucağından (yazı taxtasından partaların birinci yan sırasına qədər məsafədən) asılıdır. Bu ölçü yuxarı sinif şagirdləri üçün 350 bucaq təşkil etdiyi halda, 6-7 yaşlı məktəblilər üçün 450 dərəcəli bucaqdan çox götürülür. 2.3.14. Ayrı-ayrı fənlərin daha dərindən öyrənilməsinə yönəldilmiş ümumi təhsil müəssisələrinin (gimnaziyalar, liseylər və s.) layihələndirilməsi zamanı şagirdlərin şəxsiyyətinin hərtərəfli inkişafı üçün otaqların 12 m x 12 m ölçüdə studiyalar (universal zallar) kimi, eləcə də bu tipli təhsil müəssisəsinin təyinatından asılı olaraq, yardımçı otaqların estetik tərbiyə və təsviri incəsənət otağı kimi, poliekranlı estetika kabinetinin və təsviri incəsənət və xoreoqrafiya üzrə dərnək otaqlarının isə oxu və musiqi otaqları (70-108 m2) kimi istifadəsi nəzərdə tutula bilər.2.3.15. Texnikiyönlü ümumi təhsil müəssisələrində texniki yaradıcılıq üçün sahəsi 108 m2 olan universal otaq nəzərdə tutulur.2.3.16. Bədii-tədris kabinetləri sulu və ya yağlı boyalarla işləmək üçün rəssamlıq zonalarına malik olmalıdır. Layihə tərtib edilərkən incəsənətyönlü lisey və gimnaziyalarda rəssamlığın müxtəlif növləri ilə iş zamanı, pozadan asılı olaraq (oturaq vəziyyətdə sulu boya ilə rəssamlıq, ayaq üstə isə yağlı boya ilə rəssamlıq), yağlı boyalarla rəssamlıq üçün bir iş yerinə 3,5 m2, sulu boya ilə rəssamlıq üçün isə 2 m2 sahə nəzərdə tutulur.2.3.17. Ümumi təhsil müəssisələrində idman zalı binaya keçidli inşa olunur və birinci mərtəbədə yerləşdirilir. Səs-küydən mühafizə tədbirlərinə riayət edilməsi şərtilə, idman zalının akt zalının üzərində yerləşdirilməsinə yol verilə bilər. Zalın ölçüləri müəyyən olunarkən, bədən tərbiyəsi üzrə tədris proqramının tam yerinə yetirilməsi və dərsdənkənar idman məşğələlərinin aparılması da nəzərə alınır. İdman zallarının sayı və növləri ümumi təhsil müəssisəsinin təyinatından və tutumundan asılıdır. İdman zallarının sahələri 9 m x 18 m, 12 m x 24 m, 18 m x 30 m, hündürlüyü isə 6,0 m-dən az olmayaraq qəbul edilir.2.3.18. Akt zalı tədris müəssisələrinin ayrılmaz hissəsi olaraq ölçüləri bir yerə 0,65 m2 hesablanmaqla, oturaq yerlərinin sayı müəssisədə təhsil alan şagirdlərin ümumi sayının 60 faizi ilə müəyyən olunur.2.3.19. Ayrı-ayrı fənlərin daha dərindən öyrənilməsi məqsədi ilə layihələndirilən gimnaziya və liseylərdə mühazirə üçün xüsusi otaqlar nəzərdə tutulur. Bu otaqların ölçüləri orada üç sinif yerləşdirilməklə və hər bir yerə 1 m2 hesablanmaqla, şagirdlər arasında yaş paraleli üzrə müəyyən olunur.2.3.20. Kitabxanaların növü ümumi təhsil müəssisəsinin təyinatından və tutumundan asılıdır. Gimnaziyalarda və liseylərdə olan kitabxana və oxu zallarında şagirdlərin fərdi məşğələləri üçün zəruri şəraiti olan və tədris vasitələrinin bütün növləri ilə təchiz edilmiş məlumat-informasiya mərkəzi nəzərdə tutulur. Kitabxananın (informasiya mərkəzinin) sahəsi bir şagirdə 0,6 m2 hesablanmaqla müəyyən edilməlidir.2.3.21. Ümumi təhsil müəssisələrinin binasının hər mərtəbəsində oğlanlar və qızlar üçün kilidsiz qapılı kabinələri olan sanitar qovşaqları nəzərdə tutulur. Sanitar-texniki cihazların sayı 60 qıza 2 unitaz və 1 əlüzyuyan, 40 oğlana 1 unitaz, 1 əlüzyuyan və 1 pissuar hesabı ilə müəyyən olunur. Oğlanlar və qızlar üçün nəzərdə tutulan sanitar qovşaqlarının ümumi sahəsi bir şagirdə 0,1 m2-dən az olmayaraq qəbul edilməlidir. İşçi heyəti üçün ayrıca sanitar qovşağı layihələndirilir.2.3.22. Laboratoriyalarda, tibb kabinetində və müəllimlər otağında əlüzyuyanlar quraşdırılır. 2.3.23. Şagirdlərin sayından asılı olaraq, ümumi təhsil müəssisələrində xammal və ya yarımfabrikatlarla işləyən bufet nəzərdə tutulur. Xammalla işləyən bufetdə soyuq qəlyanaltılar sahəsi, qab-qacağın yuyulması sahəsi, ət və xüsusilə tez xarab olan məhsulların saxlanılması üçün soyuducu, oturmaq üçün masa və stullar nəzərdə tutulur.2.3.24. Ümumi təhsil müəssisələrində bufetlərin nəzdində şagirdlərin yerləşdirilməsi əsas qəbul edilməklə, ümumi sahəsi bir yerə 0,7 m2 hesablanmış yemək qəbulu zalı nəzərdə tutulur. Yemək zalına aparan keçiddə, dəhlizdə və ya zalın bilavasitə yaxınlığında əlüzyuyanlar yerləşdirilir.2.3.25. Tədris otaqlarının təchizatı zamanı avadanlıqlar arasında keçidlərin və məsafələrin aşağıda qeyd edilmiş ölçülərinə riayət olunur: 2.3.25.1. iki yerlik masalar yerləşən sıraların arasında 60 sm-dən az olmayaraq;2.3.25.2. masaların cərgələri ilə çöl uzununa divar arasında 70 sm-dən az olmayaraq;2.3.25.3. masaların cərgələri ilə daxili uzununa divar (arakəsmə) arasında və ya bu divar boyu dolablar arasında 70 sm-dən az olmayaraq;2.3.25.4. sonuncu masalardan yazı taxtasının əks istiqamətində yerləşən divara və ya arakəsməyə qədər ən azı 70 sm;2.3.25.5. sonuncu yerdə oturan şagirddən yazı taxtasına qədər ən uzaq məsafə 560 sm;2.3.25.6. orta və yuxarı sinif şagirdləri üçün yazı taxtasını görmə bucağı uzunluğu 3 m olan və yazı taxtasının kənarından öndəki şagirdin oturduğu masanın arxasına qədər 350, 6-7 yaşlı uşaqlar üçün isə 450-dən az olmayaraq.2.3.26. Fizika və kimya kabinetləri xüsusi nümayiş masaları ilə təchiz olunur. Əyani tədris vasitələrinin normal görünməsi üçün nümayiş masası bir qədər hündürdə quraşdırılmalıdır.2.3.27. Ümumi təhsil müəssisələri layihələndirilərkən, fizika və kimya kabinetlərində elektrik enerjisi, sıxılmış hava (fizika laboratoriyasında) xətləri çəkilmiş iki yerlik laboratoriya masaları quraşdırılır. Kimya laboratoriyasının bayır divarının yanında yerləşən sorucu qurğu ilə təchiz olunması nəzərdə tutulur.2.3.28. Ümumi təhsil müəssisəsinin daxili divarları və tavanları boya ilə rənglənilir, döşəmələr dəhlizdə PVC və ya metlaxla, otaqlar isə laminat, parket və ya taxta döşəmə ilə, sanitar qovşaqlarının divarları kafel, döşəmələri isə metlaxla üzlənilir. Bu müəssisələrdə müasir tipli qapılardan və PVC tipli pəncərə və vitrajlardan istifadə edilir, dam örtüyü isə metal-kirəmit materialdan quraşdırılır.2.3.29. Ümumi təhsil müəssisəsinin xarici fasadının məktəbin yerləşdiyi əraziyə uyğun olaraq üzlük əhəngdaşı (aqlay), dekorativ kərpiclə üzlənməsi və ya boya ilə rənglənməsi nəzərdə tutulur.2.4. İsidilmə və ventilyasiya sistemlərinə dair tələblər 2.4.1. Ümumi təhsil müəssisələrində havanın isidilməsi və ventilyasiyası sistemləri ictimai binaların isidilməsinə, ventilyasiyasına və kondisiyalaşdırılmasına dair normativ sənədlərə uyğun layihə-ləndirilməlidir. Binaların istilik təchizatı mərkəzləşdirilmiş şəkildə və ya yerli qazanxanalardan təmin oluna bilər.2.4.2. Qızdırıcı cihazlar kimi radiator elementlərindən istifadə olunur. Qızdırıcı cihazlar asanlıqla çıxarılan taxta çərçivələrlə örtülür, pəncərə oyuğunun altında yerləşdirilərək temperatur tənzimləyiciləri ilə təchiz edilir. Qızdırıcı cihazların səthinin orta temperaturu 800C-dən artıq olmamalıdır .2.4.3. İstilik və ventilyasiya sistemləri otaqlarda temperaturun hesablanan səviyyəsini və 40-60 faiz səviyyəsində nisbi rütubəti təmin etməlidir.2.4.4. Ayaqyolunda, mətbəxdə, duş kabinələrində, laboratoriyalarda və emalatxanalarda sorucu mexaniki ventilyasiya sistemi quraşdırılır. 2.5. Təbii və süni işıqlandırma 2.5.1. Tədris otaqlarında yandan soltərəfli işıqlandırma nəzərdə tutulur.2.5.2. Tədris prosesi həyata keçirilən emalatxanalarda, akt və idman zallarında yandan ikitərəfli təbii işıqlandırma tətbiq olunur.2.5.3. Tədris otaqlarının süni işıqlandırılmasında əsasən lüminessensiya lampalarından istifadə edilir. 2.6. Su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər 2.6.1. Ümumi təhsil müəssisələrinin binaları qüvvədə olan tikinti normalarına və digər standartların tələblərinə uyğun olaraq təsərrüfat-içməli, yanğın əleyhinə, isti su, kanalizasiya və su axıdılma sistemləri ilə təchiz olunur.2.6.2. Bufetlərin, əlüzyuyanların, sanitar qovşaqlarının, tibb məntəqəsinin daimi soyuq və isti su ilə təmin olunması nəzərdə tutulur.2.6.3. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan rayonlarda yerləşən ümumi təhsil müəssisələri həyətdə müvafiq tutumlu çirkab su anbarları (septik) layihələndirilməklə, daxili kanalizasiya sistemi ilə təchiz edilməlidir. 3. İlk peşə-ixtisas təhsili müəssisələri 3.1. Ümumi müddəa 3.1.1. İlk peşə-ixtisas təhsili müəssisələrinin tikintisi təyinatından və tələbatdan asılı olaraq, 270-1920 şagird yerlik (peşə məktəbləri) və 360-640 şagird yerlik (peşə liseyləri) nəzərdə tutulur. 3.2. Torpaq sahəsinə olan tələblər 3.2.1. İlk peşə-ixtisas təhsili müəssisələrinin binaları torpaq sahələrində qırmızı xətdən 25-30 metr aralı yerləşməlidir.3.2.2. İlk peşə-ixtisas təhsili müəssisələrində tutumundan asılı olaraq, bir şagirdə 300-dək yerlik olduqda 75 m², 300-dən 900-dək yerlik olduqda 50-65 m², 900-dən 1600-dək yerlik olduqda 30-40 m² ərazi nəzərdə tutulmalıdır.3.2.3. İlk peşə-ixtisas təhsili müəssisələrinin yerləşdiyi ərazidə tədris binaları, tədris-istehsalat emalatxanaları, kənd təsərrüfatı texnikası laboratoriyaları, təmir emalatxanaları, anbarlar, qarajlar və digər yardımçı-istehsalat otaqları, ixtisaslar üzrə peşə laboratoriyaları, idman, istirahət və təsərrüfat zonaları nəzərdə tutulmalı və vahid blokda yerləşdirilməlidir.3.2.4. İdman meydançalarının tədris otaqlarının yanında yerləşdirilməsinə yol verilmir. Həmin meydançalar otaqlardan 10-15 metr aralı olmalıdır.3.2.5. Təsərrüfat sahəsinə giriş küçədən olmalıdır. Yanğın maşınlarının binalara maneəsiz yanaşmasını təmin etmək məqsədi ilə təhsil müəssisəsinə gedən yollar asfaltlanmalıdır.3.2.6. Ərazinin yaşıllaşdırılması ümumi ərazinin 40 faizini təşkil etməlidir. 3.3. Binalara və otaqlara olan tələblər 3.3.1. Peşə məktəbləri və peşə liseylərinin binaları, bir qayda olaraq, 4 mərtəbədən çox olmayaraq layihələndirilir. İlk peşə-ixtisas təhsili müəssisələrinin otaqları öz funksional təyinatlarına görə aşağıdakı əsas qruplara bölünür: 3.3.1.1. tədris kabinetləri və laboratoriyaları;3.3.1.2. rəsmxət kabineti;3.3.1.3. kitabxana;3.3.1.4. bədən tərbiyəsi və idman qurğuları;3.3.1.5. tamaşa otaqları;3.3.1.6. inzibati təsərrüfat otaqları;3.3.1.7. ictimai iaşə müəssisələri;3.3.1.8. tibbi xidmət otaqları;3.3.1.9. köməkçi və yardımçı otaqlar. Qeyd. Əsas qrup otaqlarından başqa, tədris müəssisəsinin tərkibinə texnoloji hesabla müəyyənləşdirilmiş digər otaqlar da daxil edilə bilər. 3.3.2. İlk peşə-ixtisas təhsili müəssisələrinin otaqları və sahələri tədris planlarına, məşğələlərin növbəsinə uyğun şəkildə layihələndirilir. Peşə məktəblərinin və peşə liseylərinin təlim otaqlarının və tədris-istehsalat emalatxanalarının yüklənməsi, bir qayda olaraq, tədris vaxtının 75 faizindən az olmamalıdır. Qeyd. Xüsusi texnoloji qurğular tələb edən laboratoriyalar yüklənmədən asılı olmayaraq layihələndirilir. 3.3.3. İdman və iclas zalları, kitabxanalar və yeməkxanalar tədris otaqlarından asılı olmayaraq, istifadə imkanları nəzərə alınmaqla yerləşdirilir.3.3.4. Peşə məktəbləri və peşə liseyləri şagird yataqxanaları ilə birlikdə müasir normativ sənədlərin tələblərinə uyğun inşa edilə bilər.3.3.5. Tədris kabinetləri və laboratoriyalarının sahələri (1 nəfərə düşən sahə hesabı ilə) aşağıdakı ölçüdə nəzərdə tutulur:3.3.5.1. tədris otaqları – 1,8 m2;3.3.5.2. çağırışaqədərki hərbi hazırlıq otağı (silah saxlanılan otaqla birlikdə) – 2,4 m2;3.3.5.3. ümumi təhsil profilli laboratoriyalar – 2,2 m2;3.3.5.4. texniki profilli laboratoriyalar və otaqlar – 2,4 m2;3.3.5.5. öyrədici və nəzarətedici maşınlarla təchiz edilmiş tədris otaqları – 2,2 m2;3.3.5.6. geriyə əlaqəli qurğulu öyrədici və nəzarətedici maşınlarla təchiz edilmiş tədris otaqları – 2,4 m2;3.3.5.7. informatika və hesablama texnikasının əsasları üzrə tədris kabinetləri – 4,5 m2;3.3.5.8. xarici və rus dilləri kabinetləri, linqofon otağı – 2,4 m2;3.3.5.9. hesablama texnikası kabinetləri və laboratoriyaları, linqofon otaqları yanında laborant otağı – 18 m2.3.3.6. Peşə məktəbləri və peşə liseylərində texniki və xüsusi dövr laboratoriyaları istehsalat təlimi emalatxanalarında yerləşdirilə bilər. 3.3.7. Peşə məktəbləri və peşə liseylərinin binalarında 25-30 şagird yerlik nəzəri fənn kabinetlərində 1 nəfər üçün 1,8 m2 sahə nəzərdə tutulmalıdır. 3.3.8. Havanın kondisiyalaşdırılması olmadıqda, nəzəri fənn kabinetlərinin sahəsi 1 nəfərə 4 m²-dən artıq olmalıdır.3.3.9. Nəzəri fənn kabinetlərinin preparator otağının fənn kabinetlərinə və dəhlizə çıxışı olmalıdır.3.3.10. İlk peşə-ixtisas təhsili müəssisələrində rəsmxət və kurs işləri üçün otağın sahəsi 1 nəfərə 2,4 m2 olmalıdır. 3.3.11. Peşə məktəbləri və peşə liseylərində tədris-istehsalat emalatxanalarında 1 şagirdə 1,4 m2 hesabı ilə sahə müəyyənləşdirilməlidir. 3.3.12. İlk peşə-ixtisas təhsili müəssisələrində mühəndis-pedaqoji işçilər və istehsalat təlimi ustaları üçün 1 nəfərə 2,5 m2 hesabı ilə otaq, həmçinin 36,0 m2 sahəsi olan metodik kabinet nəzərdə tutulmalıdır. 3.3.13. İlk peşə-ixtisas təhsili müəssisələrinin kitabxanaları yanğın əleyhinə və mühəndis tələblərinə uyğun layihələndirilməlidir. Kitabxananın ümumi fondunun həcmi oxucuların sayına uyğun müəyyən edilir. Şagird yerlərinin sayı 300-dən az olduqda, müəssisənin tədris kitabxanasının sahəsi 1 yerə 0,3 m2 hesabı ilə qəbul olunur (7 nömrəli cədvəl): 7 nömrəli cədvəl Oxucuların sayı Oxucuların ümumi sayına nisbətdə oxucu yerlərinin sayı (faizlə) Kitabxananın ümumi fondunun 1 (bir) oxucuya düşən sayıİlk peşə-ixtisastəhsili müəssisəsi Şagirdlərin vəmüəllimlərin 100%sayı hesabı ilə 9 50 3.3.14. İlk peşə-ixtisas təhsili müəssisələrində tamaşa otaqları nəzərdə tutulmalıdır.3.3.15. Şəhər və kənd yaşayış məntəqələrində yerləşən və şagirdlərinin sayı 500-dən artıq olan ilk peşə-ixtisas təhsili müəssisələrində akt zalı nəzərdə tutulmalıdır. 3.3.16. Tamaşa otaqlarının sahəsi 8 nömrəli cədvəldə göstərilən normalara uyğun olmalıdır: 8 nömrəli cədvəl Tamaşa otaqları 1 yerin sahəsi(m2-lə)Akt zalı (estradasız ) 0,65Tamaşa zalı (səhnəsiz) 1,0Rəqs – foye zalı 0,3Akt zalı (estrada ilə) 0,25Akt zalının yardımçı otaqları (radio qovşağı, diktor otağı, təmir otağı) 0,08 Klub-dərnək otaqları Tədris müəssisəsinin tutumu400 şagirdə qədər 40(100 şagirdə düşən sahə)400-600 şagirdə qədər 30(100 şagirdə düşən sahə)Rəyasət heyəti otağı – artistlər üçün otaq-zalın tutumu 15 3.3.17. Peşə məktəbləri və peşə liseylərində inzibati-təsərrüfat və ictimai təyinatlı binaların sahələri 9 nömrəli c
 Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri (982.7 KB)
HAQQIMIZDA

     Bakı şəhəri 98 saylı tam orta məktəb 1978- ci ildə tikilib müəllim və şagirdlərin istifadəsinə verılmişdir. Məktəbdə ayrı-ayrı fənlər ü...

BİZİM FƏXRLƏRİMİZ

AYTƏN BABAYEVA YUSİFOVNA

QƏLƏMNAZ SALEHLİ SƏFTƏR

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi