"VALİDEYNİN MƏKTƏBDƏ BİR GÜNÜ"

22 fevral tarixində məktəbimizdə "Valideynin məktəbdə bir günü" tədbiri keçirildi. Saat 09:00-da etibarən məktəbə gələn valideynlər UBTR-nin iştirakı ilə məktəbdəki tədris prosesi ilə əyani tanış oldular, dərslərdə iştirak etdilər. Daha sonra məktəbin psixoloqunun təqdimatında "Valideyn-şagird münasibətləri" adlı psixoloji seminar təşkil olundu. Seminarda valideynlərlə maariflənmə işi aparıldı. Valideynlərə övladlarının daxil olduğu yaş qruplarının xüsusiyyətləri, çətinlikləri və mümkün həlli yolları haqqında məlumat verildi. Uşaqlarla düzgün ünsiyyətin vacibliyi vurğulandı. Qeyd olundu ki, ünsiyyət zamanı uşaqların hisslərinə xitab etmək düzgün ünsiyyətin başlıca şərtidir. Bu şərtə əməl etməyi bacaran hər bir valideyn kritik yaş qruplarına daxil olan uşaqlarla baş verə biləcək konfiliklərdən qaça bilər və möhkəm qarşılıqlı səmimi münasibət qura bilərlər. Bu cür münasibət isə valideyn-övlad münasibətlərinin  əsasını təşkil edir. Valideynlərin sualları cavablandırıldı. Sonda tədbir məktəbin akt zalında bədii hissə ilə yekunlaşdırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi