FƏXRİMİZ

Salamov  Nail  Nəsrəddin oğlu Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsində 23 fevral 1965-ci ildə  anadan olmuşdur. O, 01.11.1988-ci ildə 2704 saylı avtokalona sürücü qəbul olmuşdur. Orada 01.06.1991-ci ilə qədər işləmişdir. 15 noyabr 1993-cü ildə könüllüolaraq Azərbaycan Milli Ordusunun Suraxanı Batalyonunda Cəbhəyə getmişdir. 3 mart 1995-ci ildə Tərtər rayonunun Cəmilli kəndində hərbi xidmətini yerinə yetirərkən vətən uğrunda şəhid olmuş və  Əmircan qəsəbəsində dəfn olunmuşdur. Şəhid olduqdan sonra Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1004 saylı 25 iyun 1996-cı il tarixli Sərəncamına əsasən Suraxanı rayonu,Əmircan qəsəbəsində yerləşən 97 nömrəli tam orta məktəbə adı verilmişdir. Nail də hamı kimi vətənə bağlı idi, millətini sevirdi.O hamıya bənzəməyən bir ömür yaşadı,döyüş yolu keçdi. Bu yolda millətin azadlığı naminə canından keçdi. Şəhid qardaşımızın ölməz adı, əbədiyaşar ruhu daim başımız üstdə olub qəlbimizə işıq salacaq.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi