27 SENTYABR-ANIM GÜNÜ QEYD EDİLDİ

Prezident İlham Əliyevin  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, hər il sentyabrın 27-də Anım Günü qeyd edilir. Bununla əlaqədar olaraq 27.09.2024-cü il tarixində məktəbdə Anım Gününə həsr olunmuş tədbir keçirilib. Açılış sözündən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Məktəbin təşkilatçısı Dilarə Seyidova II Qarabağ müharibəsi haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin adları və şücaətləri yaddaşlarda əbədi yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi