"3A SİNFİNDƏ SEMİNAR KEÇİRİLDİ"

20 dekabr tarixində məktəbin psixoloqu M.Uğurluyeva 3a sinfində "Psixoloji təhlükəsizlik nədir?" mövzusunda seminar keçirtdi. Kiçik məktəblilər emosional baxımdan tam yetkinləşmədikləri üçün onların hisslərinə nüfuz etmək daha asandır. Bu isə hələ özünü tam qoruya bilməjk iqtidarında məktəbli üçün cəmiyyət içində bir sıra təhlükələr yarada bilər. Bu kimi halların qarşısını almaq məqsədilə şagirdlərin psixoloji biliklərlə silahlandırılması çox vacibdir. Seminarda şagirdlərə təhlükəsizlik anlayışının psixoloji tərəfləri izah edildi. Onlara təhlükəsizliyin qorunması yolları haqqında məlumat verildi. Seminar şagirdlərdə diskussiya şəraitində yekunlaşdırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi