"NARKOMANİYA" İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

3 dekabr tarixində məktəbin psixoloqu M.Uğurluyeva tərəfindən hazırlanmış "Narkomaniya-bəşəriyyətin bəlası" adlı tədbir keçirildi. Tədbirdə məktəbin psixoloqu çıxış edərək uşaq və yeniyetmələrdə narkomaniya, onun psixoloji aspektləri haqqında geniş məlumat verdi. Onu qeyd etdi ki, psixopatik, mənəvi cəhətdən davamsız, zəif iradəli təlqinə həssas, psixi və mənəvi cəhətdən yetkin olmayan, intellektcə zəif olan və kəskin duyğular axtaran şəxslər daha tez narkotik və psixotroq tərkibli maddələrdən istifadəyə meyl edir, narkoman olurlar. Narkotik vasitələrdən istifadə ailələrin dağılmasına, cinayətkarlığın artmasına, cəmiyyətdə QİÇS,hepatit, pnevmaniya və.s bu kimi xəstəliklərin yaranmasına gətirib çıxarırlar. Tədbirdə mövzu ilə bağlı video materiallar nümayiş etdirildi. Tədbirin sonunda şagirdlərin təqdimatında narkomaniyanın psixoloji tərəflərini  şərh edən tamaşa göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi