"SEMİNAR KEÇİRİLDİ"

5 dekabr tarixində UBTR-in fəaliyyət planına əsasən şagirdlərin bədii yaradıcılıq imkanlarının aşkarlanması,onlarda əl əməyinə marağın yaradılması istiqamətində 8-ci sinif şagirdləri ilə seminar keçirildi. UBTR N.İsmayılova məişət tullantılarından müxtəlif dekorativ əşyaların hazırlanması metodlarını əyani şəkildə şagirdlərə göstərdi. Məktəb psixoloqu M.Uğurluyeva "Art terapiya" haqqında geniş məlumat verdi. Rənglərin insan psixologiyasına təsirindən danışdı. Daha sonra şagirdlər plastik butulka qapaqlarından və məftillərdən yeni il dekorasiyaları, rəngli lentlərdən müxtəlif güllər və digər bəzək əşyaları düzəltdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi