"EKOLOGİYA,ƏTRAF MÜHİT VƏ BİZ"

14 noyabr 2018-ci ildə 9b sinfinin UBT üzvləri ilə açıq havada "Ekologiya,ətraf mühit və biz" mövzusunda müzakirə keçirildi. UBTR N.İsmayılova ekologiya və ətraf mühitin çirklənməsi, mühafizəsi haqda şagirdləri məlumatlandırdı.O qeyd etdi ki, neft və neft məhsulları ilə ən çox çirklənmiş sahələr Qaradağ, Binəqədi,Sabunçu, Səbail və Suraxanı rayonları ərazisindədir. Havanın təmizliyi məsələsi daha çox qlobal mahiyyət daşıyır. Ona görə hər kəs  onun təmizliyi üçün əlindən gələni etməlidir.Şagirdlər yediyi qida qalıqları və məişət tullantılarını küçələrdə ayrılmış xüsusi qablara atmaqla və ətraf mühitin çirklənməsinin qarşısını almaqla təbiət qarşısında öz borcunu azda olsa yerinə yetirmiş olur. Daha sonra şagirdlər məktəbin həyətyanı sahəsində iməclik işləri apardılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi