"Şair Tofiq Bayram və rəssam Səttar Bəhlulzadənin yubileyi" ilə əlaqədar məktəbdə ədəbi-bədii tədbir keçirilmişdir.

17 dekabr 2015-ci il tarixdə 97 saylı məktəbdə şair Tofiq Bayram və rəssam Səttar Bəhlulzadənin yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə məktəbin şagird kollektivi yaxından iştirak etmişdir. Tədbirə xüsusi dəvət olunmuş qonaqlar da iştirak etmişlər. Qonaqlar arasında Suraxanı rayonu Əmircan qəsəbə nümyəndəsi R.Əbiyev,bələdiyyə sədr müavini F.Bünyatova,rəssam Qəyyur,kənd sakini rəssam Nazim var idi. Tədbirin təşkil olunmasında məktəbin kitabxanaçısı Kəmalə Əliyeva yaxından iştirak etmişdir.Tədbirdə Tofiq Bayramın müəllifi olduğu şeirlər şagirdlər tərəfindən səsləndirilmiş,rəsm qabiliyyətli şagirdlərin çəkmiş olduqları rəsmlər nümayiş etdirilmişdir. Həmçinin tədbirdə ədəbi -bədii kompozisiya nümayiş olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi